Artur Şopenhauer “İntihar haqqında”
Artur Şopenhauer “İntihar haqqında”
Bildiyimə görə, yalnız Yəhudilik kimi təkallahlı dinələrə etiqad edənlər intiharı günah hesab edirlər. İstər yeni, istərsə də köhnə ahitdə intihara dair müəyyən bir qadağa, hətta təqdir edildiyi haqqında bir işarə olmadığına görə bu vəziyyət daha da təəccüb doğurur; məhz buna görə də din üləmaları intihar haqqında hökm verərkən yalnız öz fəlsəfi düyagörüşlərinə əsaslanmağa məcburdurlar. Bunlar o qədər kobud və əsassızdırlar ki, intihara son dərəcə ikrahla yanaşaraq, başqa sözlə, intihar haqqında kobud və təhqirdici sözlərdən istifadə edərək öz arqumentlərinin çürüklüyünü ört-basdır etməyə çalışırlar. İntiharın yalnız qorxaqlıqdan doğan bir davranış olduğunu, sadəcə axmaq və yaxud ağlı başında olamayan bir adamın buna gedə biləcəyini deyirlər. Və bu tip bir çox başqa cəfəng fikirlər... Onlar intiharı yanlış, mütləq mənada mənasız davranış hesab edirlər. Halbuki hər bir insan öz şəxsiyyəti və həyatı haqqında sərbəst şəkildə qərar vermək hüququna sahibdir.
Əvvəldə də dediyim kimi, intihar hətta günah hesab edilir. Və xüsusilə dar düşüncəli, mühafizəkar İngiltərədə əmlakın müsadirəsinə gətirib çıxarır, buna görə də, demək olar ki, bütün hallarda hakimlər intharla bağlı məhkəmə proseslərində dəlilik haqqında qərar çıxarırlar. Gəlin bu məsələni insanların şəxsi əxlaq anlayışına həvalə edək. Bir dostunuzun hansısa bir günah iş tutduğu, tutalım, cinayət törətdiyi, nə bilim, məsələn, qəddar bir hərəkətə yol verdiyi, yaxud da oğurluq etdiyi haqqında eşitdiyiniz xəbərin sizdə buraxdığı təəssüratla məhz həmin dostunuzun intihar etməsi, yəni öz iradəsi ilə öz həyatına son verməsi haqqında olan xəbərin sizdə yaratdığı təəssüratı müqayisə edin. Birinci növ xəbər sizdə şiddətli qəzəb, cazalandırma yaxud intiqam alma arzusu oyandırdığı halda, ikinci növdən olan xəbər sizi kədərə qərq edəcək, içinizdə olan halayananlıq hissini tərpədəcək; bundan əlavə, əksər hallarda bu davranışı əxlaqi nöqyeti-nəzərdən qınamaq əvəzinə- bu qınaq neqativ bir davranışla qarşılaşdığımız andaca öz-özünə baş qaldırır- həmin adamın cəsarətinə qəribə bir heyranlıq hissi oyanar içinizdə. Elə bir adam varmı ki, dostu-tanışı, qohum-əqrabasından kimsə öz iradəsi ilə bu dünyanı tərk etməmiş olsun?
Və biz onları günahkarlar kimi böyük qorxu və dətşətləmi xarıtlamalıyıq? Nego ac hernego! (Yox deyirəm, qətiyyən yox!)
Əksinə, mən belə düşünürəm ki, əksər insanların təqdir edib yüksək qiymətləndirdiyi və bizim də ən azından içimizdəki acıma və paylaşma duyğularımızı oyandıran bir davranışı - şifahi şəkildə yaxud öz yazılarıyla - bir cinayət kimi təqdim etdiklərinə görə və öz azad iradələri ilə bu dünyanı tərk etmiş insanları qürurlu bir şəkildə dəfn edilməkdən məhrum etdiklərinə görə dindar tayfasına (orjinalda “rahib zümrəsinə”- II Mahmud) qətiyyətlə etiraz etməliyik. İntiharı qadağan etmək üçün heç bir müqəddəs kitaba istinad edilə bilməz; hətta tutarlı bir fəlsəfi arqument də gətirilə bilməz; boş və təhiramiz ifadələri biz ciddi qəbul edə bilmərik. Əgər cinayət məcəlləsi intiharı qadağan edirsə belə, bu, kilsə üçün arqument ola bilməz. Əslinə qalanda, qanunda nəzərdə tutulan cəzanın özü də son dərəcə absurd və gülüncdür, axı ölümü seçmiş bir adamı hansı cəza ilə çəkindirmək olar?! Bir adam intihara cəhd etdiyinə görə cəzalandırılırsa, bu, əslində onun intiharı həyata keçirə bilmədiyinə görə, yəni bu işdə bacarıqsızlığına görədir.
Qədim dövrlərdə məsələyə bu cür yanaşmırdılar. Pilinius deyir: “Həyat nəyin bahasına olursa, olsun, uzadılacaq qədər arzu olunan bir şey deyil.” Kimliyinizdən asılı olmayaq, əvvəl, axır öləcəksizniz. Son dərəcə acınacaqlı vəziyyətdə olan bir ruh üçün ən yaxşı çarə- təbiətin insana bəxş etdiyi səadətlərdən ən böyüyünün ölə bilmək imkanının olmasını dərk etməkdir. Ölümün ən gözəl tərəfi odur ki, hər kəs ondan istədiyi kimi istifadə edə bilər. Hətta Tanrı da hər şeyə qadir deyil; o istəsəydi belə, öz ölümü haqqında qərar verə bilməzdi. Ölüm- bu dünyadakı bütün iztirablara baxmayaraq Tanrının bizə bəxş etdiyi ən gözəl hədiyyələrdən biridir...
...Hamletin monoluqunu bir günahkarın düşüncələri kimi qiymətləndirmək nə dərəcədə doğrudur? O sadəcə dünyanın vəziyyətinə nəzər salır və deyir, əgər dəqiq bilsəydik ki, sonumuz bu cür tezliklə gələcək, mən mütləq ölümü seçərdim. Təkallahlı dinlərin, yəni Yəhudiliyin rahib zümrəsi tərəfindən intihara qarşı düşünülmədən irəli sürülən arqumentlər və ən önəmlisi, bunlardan təsirlənmiş filosofların düşüncələri asanlıqla darmadağın edilə bilən boş sərsəmləmələrdir.
Bir qayda olaraq, həyatın qorxuları ölüm qorxusuna güc gəldiyi anda insan öz iradəsilə bu dünyanı tərk etmək qərarına gəlir. Ölüm qorxusu, əgər belə demək olarsa, “həyatdan çıxış” qapısın önündə keşik çəkən keşikçiyə bənzəyir. Əgər bu son tamamən mənfi bir şey, həyatın birdən-birə, gözlənilmədən sona çatması, birdən-birə mövcudluğun xitamı olsaydı, bəlkə də, əksən insanlar öz arzuları ilə həyatdan gedərdilər. Lakin bu sonda müsbət nəsə var, bu, bədənin yox olmasıdır. Və bu, insanı sırf fiziki yaşama iradəsinin təzahürü olduğu üçün qorxudur.
Bir məsələ də var: bir qayda olaraq, bu “keşikçilərlə” döyüşmək aralıdan göründüyü kimi çətin deyil və ilk növbədə, bunun səbəbi ruhi izdirablarda fiziki ağrılar arasındakı qarşıdurmadır. Məsələn, biz amansız fiziki ağrılarla uzun müddət əlləşəndə, yaxud biləndə ki, bu ağrılardan heç vaxt yaxa qurtara bilməyəcəyik, qalan bütün problemlərə etinasız yanaşırıq; yeganə arzumuz sağalmaq olur. Eynilə, ruhi iztirablarımız bizi fiziki (cismani) ağrılarımıza qarşı laqeydləşdirir; onu vecimizə də almırıq. Hətta bu çətin olsa belə, onu, yəni intiharı ruhi iztirabramızı dayandırdığına görə xoş qarşılayırıq. Nəticə etibarı ilə, bu, intiharı asanlaşdırır: çünki cismani ağrılar ruhi iztirabların içində qıvrılan bir adam üçün heç bir əhəmiyyət kəsb etmir. Bunu bütün intihara sürüklənmiş insanların vəziyyətində aydınca görmək olar. Onların bu istəklərini cilovlamaq üçün xüsusi bir səyə ehtiyac yoxdur; onu dəf etmək də lazım deyil, lakin onlara nəzərət edən adamın (baxıcının) ikicə dəqiqəlik fikri yayınan kimi onlar intihar edecəklər.
Qorxulu bir yuxu görənkən psixoloji gərginlik kulinimasiya nöqtəsinə çatanda qorxu bizi yuxudan ayılmağa vadar edir və beləcə, ordakı bütün bədheybətlər yox çıxır. Eyni şey həyat adlı “yuxu”da da baş verir: amansız iztirablar maksimum həddə çatanda biz həyatdan ayrılmaq istəyirik.
İntihar - bir təcrübə, insanın təbiətə verdiyi və cavab ala bilmədiyi bir sual kimi də qavranıla bilər. Sual isə belədir: insanın mövcudluğunda və şeylərin təbiətinin qavranılmasında ölüm nə kimi dəyişiklik yarada bilər? Lakin bu, uğursuz bir təcrübədir: çünki bu təcrübə həmin sualın cavabını gözləyən şüurun özünü də yox edir.






