reklam
Bürclərə görə evlilik: Hansı bürclə ailə qura bilərsiniz? Bürclərə görə evlilik: Hansı bürclə ailə qura bilərsiniz? https://take.az/uploads/posts/2022-11/medium/1669632334_burc.jpg
n2006

n2006 Bürclər 28-11-2022, 14:45

Bürclərə görə evlilik: Hansı bürclə ailə qura bilərsiniz?

Bürclərə görə evlilik: Hansı bürclə ailə qura bilərsiniz?
Qoç:

Coşğulu sürprizləri sevən strukturları ilə Qoç qadını və kişisi, qarşı cins üzərində doğuşdan gələn bir təsir və cazibədarlığa malikdir. Qoç qadını eşqi və ehtirası hiss etmədiyi bir əlaqəni əsla evlilik yolunda davam etdirməz. Həyəcanını itirməyən bir evlilik həyatı istəyər və həyat yoldaşından davamlı maraq görməyi, yoldaşının həyatında ilk sırada olmağı daim arzulayar.

Qoç kişisi isə enerjisi ilə əlaqənin dinamikasını qoruyar və öz yüksək enerjisinə uyğun bir qadını həyat yoldaşı olaraq seçər. Qoç kişiləri fırtınalı bir evliliyin baş qəhrəmanıdır. Yazınızı qışa, qışınızı yaza çevirə bilər. Bu sıx keçişləri cəsarətlə qarşılayıb qəbul edəcək bir qadını həyat yoldaşı olaraq seçəcək. Həddindən artıq qısqanc bir təbiətə sahib olduğu üçün həyat yoldaşına bir sıra qadağa və məhdudiyyətlər gətirə bilər. Qadını ilə yaşadığı həyəcanın çöldə əks olunmasını xoşlamaz.

Qoç qadını da kişisi də cinsi həyata çox əhəmiyyət verər. Münasibətlərində yaşanan heç bir problem və müzakirənin yataq otaqlarına girməsini istəməzlər. Bu təmin edildiyi təqdirdə son dərəcə həyəcanlı, romantizmin sıx yaşandığı, kefli və rəngli bir evlilik həyatları olar.



Buğa:

Veneranın uşaqları birlikdə yaşlanacaqları, güvən , hörmət və bağlılığı tam mənası ilə hiss etdirəcək kəsləri həyat yoldaşı olaraq seçirlər.

Buğa qadını və ya kişisi duyğudan məhrum bir evliliyi əsla seçməzlər. Eşqin olmadığı bir cinsəllik onlarla heç bir zaman alınmayacaq. Evlilik qərarı almaları üçün tam mənası ilə güvənməli və özlərini etibarda hiss etməlidirlər.

Buğa kişisi qadınına güvənib eşqin müqəddəsliyini yaşamağa başladığı andan etibarən fədakar davranacaq və illərdir əldə etdiyi bir çox vərdişindən uzaqlaşacaq. Buğa kişisi evlilik həyatında xüsusi günlərə daim diqqət edər və romantizmi həyatının bir parçası halına gətirər.

Buğa qadını isə evliliyi çox ciddi qəbul edər. Özü üçün həyat yoldaşı olacaq kişinin yaxşı bir ata olması da buğa qadını üçün olduqca əhəmiyyətlidir. Evlilik qərarını alması üçün qarşısındakı insanın etibarlılığını dəfələrlə test edəcəkdir. Özünə hörmət edilməsini və kişisinin həyatının hər mərhələsində ona duyğusal dəstək olmasını gözləyəcəkdir. Tutarsızlıklardan xoşu gəlməyən Buğa qadını, evlilik həyatının xoşbəxt və dinc olması üçün hər cür fədakarlığı edəcək, eyni davranışı yoldaşından də gözləyəcəkdir. Cinsi həyatları yoldaşının ona qarşı göstərdiyi nəvazişə görə dəyişiklik göstərə bilər. Həyat yoldaşı ona marağını cəsurca göstərdiyi müddətdə heç bir problem yaşamayacaqlar.



Əkizlər:

Merkurinin enerjisi bitmək tükənmək bilməyən mehriban insanları, eşq və evliliyə qarşı daim tədbirli davranan insanlardır. Evlilik onları ürküdər, şəxsiyyətlərini və gözləmələrini tam mənası ilə ifadə edə bilmələri üçün zamana və qarşılarındakı qadın və kişinin səmimiyyətinə tam mənası ilə güvənmələri laızmdır. Romantik olduğu üçün bəzən yoldaşını qısqandırmaq üçün ona qarşı olan marağını hiss etdirməməyə çalışacaqdır.

Əkizlər kişisi evləndiyi qadında davamlı kəşf edə biləcəyi bir şeylər axtarar. Əkizlər qadını isə birdən birə evlilik qərarı almayacaq, uzun bir müddət birlikdən sonra bərabərliyi rəsmiyyətə aparacaqdır. Evlilik həyatlarında rəngli bir cinsi həyatları var. Ərlərinə olan sevgilərini hər fürsətdə ifadə edərlər və onu cəzbedəcək davranışları ilə çaşdıraraq bütün marağını üstündə tutmağı bacarırlar.



Xərçəng:

Xərçəng qadını da kişisi də duyğuları ilə yaşayar. Aşiq olduqları andan etibarən ürəklərini bir qorxu bürüyər və“birdən xəyal qırıqlığı yaşıyaram” narahatlığı ilə duyğularını ifadə etməkdə müəyyən bir müddət çətinlik çəkərlər. Gəlib keçici əlaqələrin insanları deyillər.

Xərçəng kişisi evlənəcəyi qadına hər şeydən əvvəl hörmət etməlidir. Hər şeyini paylaşabiləcəyi qadını həyat yoldaşı olaraq seçərlər. Həyat yoldaşı onun digər yarısıdır. Son dərəcə evinə bağlı olan Xərçəng kişisi, sevdiyi qədər sevilmək də istəyər. Toxunmaq onun üçün çox əhəmiyyətlidir. Şəfqətli bir öpüş və ya isti bir qucaqlaşma onlar üçün cinsəlliyə bərabərdir.

Xərçəng qadını isə son dərəcə ehtiraslı bir təbiətə malikdir, onu sahiblənəcək kişini həyat yoldaşı olaraq seçər. Xərçəng qadını, çox küsəyən bir təbiətə malikdir. İlk addımı daim kişisindən gözləyir. Həssaslıqlarına diqqət göstərən bir kişi üçün edə bilməyəcəyi heç bir fədakarlıq yoxdur. Uyğunlaşma və tarazlığı təmin etməkdə olduqca məharətlidir. Evlilik həyatlarında sevgi hökmü keçərlidir.



Şir:

Hər ikisi də azadlığına meyilli və qarşı cinsin diqqətini üzərlərində tutmaq istəyən insanlardır. Rəngli, əyləncəli, ehtiraslı bir təbiətləri vardır.

Şir kişisi evlənməyi asanlıqla düşünməz. Bunu ona düşündürəcək qadın qətiliklə onu cəzbedəcək fərqli xüsusiyyətlərə sahib olmalıdır. Həyat yoldaşlarında təbii bir zəriflik axtararlar və ona hörmət duyan, sevgisini hər cür davranışı ilə göstərən qadınları həyat yoldaşı olaraq seçərlər. Qadın bütün mənliyi ilə cəzbedici olmalıdır. Cinsəllik həyatlarının birinci mərhələsində yer alır. Yoldaşları tərəfindən arzulandıqlarını hiss etmək onlara qarşı bağlılıqlarını daha da artıracaq.

Şir qadını evlənəcəyi insandan gözləntilərini çox əvvəldən təyin etmişdir. Güclü, güvən duya biləcəyi kişini yoldaş olaraq seçər. Özünə hörmət edilməsi, dəyər verilməsi onlar üçün çox əhəmiyyətlidir. Evləndiyi andan etibarən yuvanın müqəddəsliyinə sahib çıxar və ailəsinə qarşı qoruyucu davranar. Qısqanc bir təbiətə sahib olduğu üçün duyğularını dəqiq bir şəkildə ifadə edər və həyat yoldaşından buna hörmət etməsini gözləyər. Sevgisini cinsəlliklə göstərməkdən xoşu gələr. Evlilik həyatlarında yalan və etibarsızlıq olmadığı müddətcə heç bir problem yaşamazlar.



Qız:

Xəyallarını bəzəyən qadın və ya kişi axtararlar. Özlərinə görə meyarları vardır. Evlilik söz mövzusu olduğunda məntiq və duyğu tarazlığını mükəmməl bir şəkildə tarazlıyarlar.

Qız kişisinin həyat yoldaşı qürur duyulacaq biri olmalıdır, onunla hər cür fikir mübadiləsi edib dərhal hər mövzuda danışabilməlidir . Qadının daim baxımlı və cazibədar olmasını arzu edər. Gigiyena onun üçün olduqca əhəmiyyətlidir. Dibləri çıxmış saç boyası ilə gəzən bir qadını əsla Qız kişisinin həyat yoldaşı olaraq görə bilməzsiniz. Qız kişisi romantikdir və qırmızı xətt ilə təyin etdiyi həssaslıqları vardır. Yoldaşına qarşı daim dürüstdür və gözləmələrini dəqiq bir şəkildə ifadə edər. Həssaslıqlarına əhəmiyyət verən qadına qarşı tutumu daim nəzakətli və sevgi doludur.

Qız qadını romantik , yaxşı xasiyyətli və dürüstdür. Evlənəcəyi kişinin dürüst olmasına, bütün narahatlıq və gözləmələrini açıq şəkildə ifadə etməsinə çox əhəmiyyət verər. Duyğularında daim içdən və səmimi olan Qız qadını bu davranışa səssiz qalmayacaq. Cinsi həyat onlar üçün çox xüsusi bir nəzər nöqtəsidir. Daim xüsusi və həyəcanlı qalması üçün bu mövzuda çox diqqətlidirlər.



Tərəzi:

Eşqi eşqlə yaşayan Venera insanları tərbiyəli və nəzakətlidirlər. Tərəzi kişiləri evlənəcəyi qadının şahzadə əsilliyinə sahib olmasını arzu edər. Evlənmək kimi müəyyən bir düşüncələri yoxdur. Bu düşüncəni tamamilə həyatına girəcək qadının meydana gətirməsini arzu edərlər və ümumiyyətlə bu elə belə də olar. Şən, gülər üzlü və anlayışlı qadın onun evlilik həyatının kraliçası olar. Empati qura bilən quruluşu evlilik həyatında xoşbəxtliyin təməlini meydana gətirər. Nəzakətsiz və üzücü davranışlardan heç xoşlanmazlar. Cinsi həyat onun üçün ritual kimidir. Yataq otağında detallara əhəmiyyət verər və yoldaşından da eyni davranışı gözləyər.

Tərəzi qadınları qarşı cinsə heçdə asan güvənə bilməz. Əvvəlcə həyat yoldaşı olacaq kişinin etibarlı olmasına diqqət edər. Eşqlə bəslənən Tərəzi qadını yoldaşını da eşqlə bəsləyər. Ehtiraslı və həyəcanlıdır. Bu təbiəti onu daim dinamik və enerjili edir. Xoşbəxt bir evlilik həyatı olur.



Əqrəb:

Zodyakın sirrli və ən dərin baxan gözləri ilə eşqin ehtiras dolu insanları; Əqrəb qadını da kişisi də bəyəndikləri adamı əvvəl-axır əldə edərlər.

Əqrəb kişiləri duyğularından əmin olmadan əlaqələrini evliliyə doğru yönləndirməzlər. Zövcələrinin gözəl və baxımlı olmasını istəyərlər. Qəzəbləri də sevgiləri də şiddətlidir . Zövcələrinin bu ruh hallarını təbii qarşılamaları və altdan alaraq rahatlamalarını təmin etmələri evliliklərinin qalıcı və xoşbəxt olmasına yetərlidir. Əqrəb kişisi cinsiliyə çox əhəmiyyət verər və yoldaşının bu mövzuda onun qədər istəkli olmasını arzulayar.

Əqrəb qadını evlənəcəyi kişilə ortaq dəyərlərinin olmasını istər. Ağıllı bir həyat yoldaşı olmasını istər. Duyğuları ilə yaşayar , kədərləndiyində yoldaşı kədərinə ortaq olmalı və ona dəstək verməlidir. Kiçik şeylərlə xoşbəxt ola biləcəyi kimi, kiçik lakin üst-üstə yığılan narahatlıqlarını da böyüdə bilərsiniz. Cinsi həyat onun üçün çox əhəmiyyətlidir . Yoldaşı tərəfindən bəyənildiyini görmək , sevgi dolu sözlərlə əzizlənmək evlilik həyatını çox daha gözəl bir hala gətirməsi üçün onu təşviq edəcəkdir.



Oxatan:

Detallarla məşğul, sevgini ən sadə halı ilə yaşamaqdan xoşlanan, dürüst insanlardır. Oxatan kişisi maraq duyduğu qadının arxasından qaçmaqdan zövq alar. Evlilik düşüncəsi həyatındakı qadının ona qatdığı fərqliliklərlə zehinində meydana gələcək və ən qısa müddətdə fikrini həyata keçirəcəkdir. Sıxboğaz edilməkdən xoşlanmaz, həyat yoldaşı ilə ünsiyyətə çox əhəmiyyət verər, duyğularını coşğu ilə ifadə edər, gizli şeylərdən xoşlanmaz. Yoldaşının fiziki xüsusiyyətlərinə əhəmiyyət verər. Baxımlı bir qadını özünə həyat yoldaşı olaraq seçər. Özünə hörmət edən qadınların pərəstişkardır. Oxatan kişisi cinsiliyə sevdiyi müddətcə əhəmiyyət verər. Yoldaşına olan duyğuları azalmağa başladığı anda ondan uzaqlaşar. Rəngli bir əlaqə istəyər, monoton bir evlilik ona görə deyil.

Oxatan qadını qısqanc, şəhvətli və idealistdir. Onu olduğu kimi qəbul edəcək kişini yoldaşı olaraq seçər. Ailənin müqəddəsliyinə inanır, evlilik həyatına çöldən müdaxilə edilməsinə icazə verməyəcək qədər ağıllıdır. Cinsəllikdə yoldaşının arzu və istəklərinə daim əhəmiyyət verər.



Oğlaq:

Qadını da kişisi də gəlib keçici əlaqələrin içində olmazlar. Oğlaq kişisi əsla düşünmədən hərəkət etməz. Evlilik qərarını verməsi olduqca çətindir. Həyat yoıdaşı olaraq seçəcəyi qadının hörmətli olmasına əhəmiyyət verər , güvən əlaqənin təməlini meydana gətirər. Olduqca qısqanc bir quruluşa sahib olduğu üçün qaydalara riyayət edilməsini xoşlayandır və yoldaşına qarşı bir sıra məhdudiyyətlər gətirə bilər. Bunu açıqca ifadə etməkdən çəkinməz. Həyat yoldaşı onun sirdaşı , yoldaşı , sevgilisi olmalıdır. Həddindən artıq qaydaçı və səhv bağışlamaz quruluşunu sevgi ilə inkişaf etdirməsinə yardım edəcək qadınla gerçək xoşbəxtliyin yolunu tutar. Yoldaşının yanında o ciddi adam gedər və içindəki uşaq ortaya çıxar. Şəfqətli , idarəçi bir qadın üçün edə bilməyəcəyi heç bir şey yoxdur . Cinsəllikdə şəfqət onun üçün əhəmiyyətlidir. Yoldaşı tərəfindən bəyənildiyini , arzu edildiyini hiss etdiyi müddətcə xoşbəxt olar və xoşbəxt edər.

Oğlaq qadını həssas , səbirli və ciddi bir xarakterə malikdir. Evlilik onlar üçün çox ciddi düşünülməsi lazım olan bir mövzudur. Bu mövzuda əsla tələsik qərar verməzlər , Oğlaq qadını nə istədiyini bilir və yoldaşını buna görə seçir . Sevgi dolu bir həyat istəyər. Səmimiyyətdən uzaq , süni davranışlara dözümü yoxdur. Oğlaq qadınının cinsi həyatında rahat ola bilməsi tamamilə yoldaşının ona yanaşması və tutumuna bağlıdır. Sevgi ilə görəcəyi hər davranış onu ehtiraslı bir qadına çevirəcək.



Dolça:

Ruhu azadlıqla bəslənən Uranın həyəcanlı , şən , simpatik insanları … Dolça kişisi evlilikdən qorxar. Qısa müddətli əlaqələr yaşamaqdan xoşlanar , çox asan bağlanamazlar . Həyatlarına müdaxilə edilməsindən , təməl xarakteristika xüsusiyyətlərinin dəyişdirilməyə çalışanlardan xoşlanmazlar və bu mövzuda əsla imkan verməzlər. Macərapərəst , özünə güvənən , enerjili qadınlardan xoşlanar və həyat yoldaşı olaraq seçərlər. Ağıllı , məhsuldar , düşüncələrini dəqiq bir şəkildə ifadə edən , ictimai bir qadınla evlilik həyatı son dərəcə kefli keçəcək. Cinsəllik həyatında çox əhəmiyyətlidir , bu mövzuda hər zaman həssas davranacaq yoldaşından da eyni həssaslığı gözləyəcək.

Dolça qadını humanist , romantik düşünən və çox enerjili bir quruluşa malikdir. Yoldaş olaraq seçəcəyi kişinin , onun düşüncələrinə əhəmiyyət verməsini , hər şeyi onunla paylaşmasını istəyər. Özünü güvəndə hiss etmək onun üçün çox əhəmiyyətlidir . Sosial həyatın içində həyat yoldaşı ilə birlikdə yer almaqdan çox xoşlanar. Cinsəllik həyatının imtina edilməz bir parçasıdır. Əzizlənməkdən və özünü xüsusi hiss etməkdən çox xoşlanar.



Balıq:

Zodyakın ehtiraslı aşiqləridir onlar. Balıq kişisi qadınını kəşf etməkdən böyük bir həzz alır. Qadın hər halı ilə qadın olmalıdır. Duyğularının netləşməsi tamamilə birlikdə olduğu qadının ona yanaşmasına bağlıdır. Romantizmi bütün möhtəşəmliyi ilə ona yaşadacaq qadını həyat yoldaş olaraq seçərlər. Xüsusi günlərə çox əhəmiyyət verən Balıq kişisi , yoldaşından da eyni davranışı gözləyər. Ailə həyatı onun üçün çox əhəmiyyətlidir . Həyat yoldaşı ilə uzun söhbətlər etməkdən , birlikdə yeyilən yeməklərdən çox xoşu gələr. Sədaqətə çox əhəmiyyət verər , güvən duyğusunu qazandığı andan etibarən yoldaşını əzizləməkdən və onun üçün əlindən gələn hər şeyi etməkdən son dərəcə həzz alar. Sevgi ilə bəslənən ruhunun dava etməkdən xoşu gəlməz. Dözümlü , səs tonu yüksəlməyən bir qadına hörməti sonsuzdur. Cinsi həyatları son dərəcə rəngli və həyəcanlıdır. Yoldaşının istəklərini daim önəmsəyərək ona yaxınlaşar.

Balıq qadını onunla yoldaş ola bilən bir kişini yoldaş olaraq seçər. Duyğularını tam mənası ilə azad buraxabiləcəyii , candan , ürəkli bir kişini həyat yoldaşı olaraq istər. Eşqin bütün həyəcanını doya-doya yaşamaq və yaşatmaq üçün əlindən gələn fədakarlığı sərgiləməkdən qaçmaz. Yoldaşına sadiqdir , hər davranışında onun yanında olar və dəstək verər . Cinsiliyə çox əhəmiyyət verər , yoldaşının sevgisini cinsi yaxınlaşmasına görə qiymətləndirər. Sevgini göstərmə baxımından yataq otağı onun üçün böyük əhəmiyyət kəsb edər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
328 308 363 272 328 342

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.