n2006

n2006 Mətbəx 13-12-2022, 18:06

Corat Qutabı Yemək Üçün Corata Getməyin! Ev Şəraitində Corat Qutabı

Corat Qutabı Yemək Üçün Corata Getməyin! Ev Şəraitində Corat Qutabı
Azərbaycan mətbəxinin ən çox sevilən təamlarından biri də Qutabdır. “Corat qutabı”Bakı ilə Sumqayıt arasında dəniz sahilində yerləşən Corat qəsəbəsinin ən məşhur yeməklərindəndir. Dəvə ətiylə doldurulmuş aypara şəklində olan qutabı yemək üçün insanlar xüsusi olaraq Xəzər dənizinin sahilində yerləşən Corat kəndinə səfər edirlər. Hər kəsin sevimlisi olan bu qutabı ev şəraitində hazırlayıb unudulmaz dadından zövq ala bilərsiniz. LoaDinG.Az corat qutabının 3 içliklə hazırlanan reseptini təqdim edir.

Ev Şəraitində Corat Qutabının tərkibi:
Xəmiri üçün:
833 qr un
300 qr su
17 qr duz
Ətli içlik üçün:
200 qr yumşaq mal əti
400 qr qoyun əti (kürək hissəsi)
150 qr qoyun piyi
250 qr soğan
1 qr zirinc
5 qr duz
2 qr istiot
Pendirli içlik üçün:
250 qr çanaq pendiri
100 qr kəsmik
Göyərtili içlik üçün:
250 qr ispanaq
165 qr turşəng
165 qr göy soğan
200 qr keşniş
200 qr şüyüd
5 qr kərə yağı
10 qr duz
Ev Şəraitində Corat Qutabının hazırlanma qaydası:
Xəmirini hazırlamaq üçün bir qabda un, su və duzu qarışdırıb xəmir yoğurun. Xəmirin üzərini örtüb yarım saatlıq kənara qoyun. Daha sonra xəmirdən hər biri 20 qr olan kündələr hazırlayın.

Ətli içliyi hazırlamaq üçün mal əti, qoyun əti və qoyun piyini doğrayıb ətçəkən maşından keçirin. Soğanı da ayrıca çəkib qiyməyə əlavə edin. Qiyməyə duz və istiot əlavə edib qarışdırın. Xəmir kündələrini əl ölçüsündə yayıb yarı hissəsinə qiymədən yayın. Zirinci isti suda isladıb qiymənin üzərinə səpin. Qutabın kənarlarını büküb soba sinisinə yerləşdirin (qutabları soba sinisinə yağ əlavə etmədən bişirin). Qutabların üzərini az suyla isladın. Əvvəlcədən qızdırılmış sobada və ya odun sobasında üzərindəki nazik qat qızarana qədər bişirin.

Pendirli içliyi hazırlamaq üçün çanaq pendirini sürtgəcdən keçirin. Kəsmiyi isə ələkdən keçirib sürtgəcdən keçirilmiş pendirlə qarışdırın. Xəmir kündələrini əl ölçüsündə yayıb yarı hissəsinə pendirli içlikdən yayın. Qutabın kənarlarını büküb soba sinisinə yerləşdirin (qutabları soba sinisinə yağ əlavə etmədən bişirin). Qutabların üzərini az suyla isladın. Əvvəlcədən qızdırılmış sobada və ya odun sobasında üzərindəki nazik qat qızarana qədər bişirin.

Göyərtili içliyi hazırlamaq üçün göyərtiləri yaxşıca yuyub süzün. Suyu çəkilmiş göyərtiləri xırda doğrayıb duz səpib qarışdırın. Xəmir kündələrini əl ölçüsündə yayıb yarı hissəsinə göyərtili içliyi yayıb bir dilim kərə yağı qoyun. Qutabın kənarlarını büküb soba sinisinə yerləşdirin (qutabları soba sinisinə yağ əlavə etmədən bişirin).Qutabların üzərini az suyla isladın. Əvvəlcədən qızdırılmış sobada və ya odun sobasında üzərindəki nazik qat qızarana qədər bişirin.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
735 640 638 543 622 645

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.