n2006

n2006 Mətbəx 13-12-2022, 18:10

Turş və Şirin Dadların Sintezi: Alma Dolması

Turş və Şirin Dadların Sintezi: Alma Dolması
Zəngin çeşidə malik Azərbaycan mətbəxində dolmaların müxtəlif növləri var. Bunlardan biri də alma dolmasıdır. Əgər əvvəllər alma dolması hazırlamamısınızsa, tövsiyə etdiyimiz reseptlə çətinlik çəkmədən ləziz dolma hazırlaya bilərsiniz. LoaDinG.Az ləziz alma dolmasının reseptini təqdim edir.

Turş və Şirin Dadların Sintezi: Alma Dolmasının tərkibi:
3 ədəd alma (turş)
200 qr qoyun əti (qiymə)
1 ədəd soğan
100 qr keşniş
duz, istiot, sarıçiçək
100 ml üzüm sirkəsi
1 çay qaşığı şəkər tozu
Turş və Şirin Dadların Sintezi: Alma Dolmasının hazırlanma qaydası:
İlk öncə qiyməni tavaya töküb qovurun. Üzərinə xırda doğranmış soğanı da əlavə edib qovurmağa davam edin. Doğranmış keşniş, duz, istiot, sarıçiçək əlavə edib qarışdırın və ocaqdan götürün. Almaları yaxşıca yuyun. Üst hissəsini qapaq kimi kəsib kənara qoyun. Almanın iç hissəsini oyaraq çıxarın. İçi çıxarılmış almaları içliklə doldurun. Doldurulmuş almaların qapaqlarını da örtüb soba sinisinə düzün. Bir qabda üzüm sirkəsi və şəkər tozunu qarışdırıb soba sinisinə almaların yanlarına tökün. Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada bişirin. Bişməyini çöp şiş batıraraq yoxlaya bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
475 470 470 452 498 444

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.