ice berg

ice berg Şeirlər 13-12-2022, 21:58

Səni özünə də qısqanıram mən

Səni özünə də qısqanıram mən
O çalır, nəğmənin hər xalında sən,
Qəlbini, ruhunu tapmısan deyən.
Unudub zamanı, vaxtı, məkanı
Xəyal dünyasında məclis qurmusan.
Səslərin oduna əridib canı,
Özünü nəğməyə qarışdırmısan.


Nəğmə aldı səni mənim əlimdən,
Səni, nəğməyə də qısqanıram mən.


*****

Dayanıb güzgünün qabağında sən,
Pərişan saçına daraq çəkirsən.
Arzular, diləklər təmənnasıdır
Bu qoca dünyada hər kəsin, gülüm.
"Pərişanlıq zülfün öz qaydasıdır",
Halı pərişanlar neyləsin, gülüm?

G
üzgü də zövq alır gözəlliyindən,
Səni güzgüyə də qısqanıram mən.


*****

Ömrün yollarını inamla keçdim,
Axırda odlandı bağrımın başı.
Eşqin çeşməsindən bir damcı içdim,
Axdı sellər qədər gözümün yaşı.
Bu dərdə tablamaq müşkül olsa da,
Eşqsiz ürəyi daş sanıram mən.

Düşməsin araya gülüm, qan-qada,
Səni, özünə də qısqanıram mən,

Daim öz-özünün yanındasan sən,
Neyləsin həftədə bir yol görüşən?


Bəxtiyar Vahabzadə
*********************

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
662 596 644 625 677 613

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.