n2006

n2006 Mətbəx 14-12-2022, 16:30

Çayın Yanına Dadlı Portağallı Peçenye

Çayın Yanına Dadlı Portağallı Peçenye
Çay və qəhvənin yanına yaraşan dadlı portağallı peçenye hazırlaya bilərsiniz. LoaDinG.Az portağallı peçenyenin reseptini təqdim edir.

Portağallı Peçenyenin tərkibi:
Xəmiri üçün:
50 qr kərə yağı
80 qr şəkər tozu
1 ədəd yumurta
3 xörək qaşığı xama
3 xörək qaşığı bitki yağı
çimdik duz
1 çay qaşığı qabartma tozu
300 qr un
İçlik üçün:
1 ədəd orta ölçülü portağal
130 qr şəkər tozu
15 qr qarğıdalı nişastası
Portağallı Peçenyenin hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağınının üzərinə şəkər tozu töküb mikserlə yaxşıca çırpın. Üzərinə yumurta, xama, bitki yağı və duz əlavə edib qarışdırmağa davam edin. Un və qabartma tozunu ələyib hissə-hissə əlavə edib xəmir yoğurun. Yoğurduğunuz xəmiri streç salafana büküb 30-40 dəqiqəlik soyuducuya yerləşdirin.
İçliyi hazırlamaq üçün portağal dilimlərini qabığı ilə, lakin tumsuz, şəkər tozu və nişasta ilə birlikdə mətbəx robotunda püre halına gətirin.
Xəmiri 2 hissəyə bölün. Hər birini 3-4 mm qalınlığında düzbucaqlı formada yayın. Portağallı içliyi xəmirin üzərinə yayın və rulet kimi bükün. Ruleti 3-4 sm enində dilimlər kəsin. Bu qaydayla qalan xəmirə də içlik yayıb bükün və dilimləyin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə qızılı rəng alana qədər bişirin. Hazır peçenyeləri çay və ya qəhvəylə süfrəyə verə bilərsiniz.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
608 621 546 534 585 558

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.