Bertrand Russell

Bertrand Russell Statuslar 21-07-2017, 07:04

Ceyn Ostin - "Qürur və Qərəz" kitabından sitatlar

Ceyn Ostin - "Qürur və Qərəz" kitabından sitatlar
Ceyn Ostin - "Qürur və Qərəz" kitabından sitatlar

Ceyn Ostin - "Qürur və Qərəz" kitabından sitatlar

Annotasiya

(İngiliscə: Pride and Prejudice) İngilis yazıçısı Ceyn Ostinin ən məşhur əsəri. Demək olar kasıb və öz yoxsulluğunda, istehzasında, xarakter gücündə tamamilə sərbəst olan qürurlu qadın. Zərbəyə zərbə ilə cavab verə bilməyən, kişi hisslərinin səmimiyyətinə inanmayan qadın qərəzi. Bütün bunlar elə Ceyn Ostinin "Qürur və qərəz"dır. Bu əsər olmasa bəlkə də nə "Psixoloji roman, nə "Feminist" ədəbiyyatı, nə də seçmə nəsr olardı.

Kitabdan seçilmiş sitatlar:

- Bir adama görə dürüstlük və ləyaqətə olan baxışlarınızı dəyişmək olmaz.

- Yalnız dərin hisslər məni mehraba sürükləyə bilər, bu səbəbdən qarıyıb qalacam.

- Kişini cəzb etmək üçün qadının istifadə etdiyi hər üsul iyrəncdir. Hiyləgərliklə yoğrulan hər şey iyrəncdir.

- Məgər ətrafa diqqətsizlik aşiq olmağın ən yaxşı sübutu deyilmi?

- Süni təvazökarlıqdan aldadıcı heç nə yoxdur. Onun altında çox vaxt başqalarının fikirlərinə laqeydlik və bəzən də maskalanmış lovğalıq gizlənir. Məncə mən heç vaxt müdriklik və xeyirxahlığa lağ etməmişəm. Axmaqlıq və ədabazlıq, şıltaqlıq və məntiqsizlik mənə gülünc görünür. Və buna müyəssər olanda onlara gülürəm də.

- Əsl zəkaya sahib kəs qüruru həmişə lazım olan sərhəddə saxlaya bilir.

- Sizin zəifliyiniz insanlara nifrət etmək amadəliyidir.
Sizinki isə qəsdən onları başa düşməməkdir.

- Qarşında müəyyən məqsəd olanda məsafəyə fikir vermirsən.

- Siz onunla yaxından tanışsınız?
Daha yaxından tanış olmaq istəməyəcək qədər.

- Bu dünyada məhəbbətimdən faydalanan az adam var. Həqiqətən hörmət etdiklərim isə ondan da azdır. Dünyanı müşahidə etdikcə, ondan daha az xoşum gəlir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1270 1201 1229 1093 1111 1143

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.