ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Şeirlər 14-12-2022, 21:30

Darıxdım...

Darıxdım...


Əksin durub gözlərimin önündə,
Sənsiz - sənli günlər üçün darıxdım
Nə xəyalın yardım edir, nə şəklin,
Sənli keçən anlar üçün darıxdım.


Darıxdım...

Sən bilməzsən, necə çətin olurmuş,
Ömrün boyu hicran yükün daşımaq.
Mənim qədər sevmədin ki, özünü,
Anlayasan, nədir sənsiz yaşamaq?!..


Darıxdım...

Gecə keçir, yatağına qor dolur,
Gözlərini şirin yuxu uyutmur.
Neyləsən də, nə salsan da yadına,
Daha səni xatirələr ovutmur...


Darıxdım...

Sənin ömrün xəyallarda keçmədi,
Sən bilməzsən, sənsizliyin dadını,
Bu sevdaya dəyməzmiş, düz deyirsən,
Bəlkə çoxdan unutdun o qadını...


Darıxdım...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
657 649 702 639 586 646

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.