"Real" 16 yaşlı futbolçunu 72 milyona transfer etdi
"Real" “Palmeyras”ın gənc futbolçusu Endriki transfer edib.
Braziliya klubunun rəsmi saytına istinadən xəbər verilir ki, 16 yaşlı hücumçu ilə 5+3 illik müqavilə imzalanıb.
Xəbərdə qeyd olunub ki, İspaniya klubu bu keçid üçün qarşı tərəfə 72 milyon avro təzminat ödəyəcək. Endrik 2024-cü ilin yayında - 18 yaşı tamam olanda Madrid klubuna keçəcək.
Qeyd edək ki, daha əvvəl Endrikil PSJ və "Çelsi" də heyətinə cəlb etməyə çalışıb.