Azer2

Azer2 İdman 19-12-2022, 17:33

Messi qolu vuranda meydanda Argentinanın 13 oyunçusu olub

Messi qolu vuranda meydanda Argentinanın 13 oyunçusu olub
Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2022-nin finalında Fransa ilə oyunda meydanda 13 argentinalı futbolçu olduğu vaxt qol vurub.
Həmin an matçın 108-ci dəqiqəsində yaşanıb. Messi Fransa komandasının qapısına zərbə endirəndə Argentina yığmasının ehtiyatda olan 2 futbolçusu meydana qaçıb. Top Fransanın qapısına gedən zaman ehtiyat oyunçular meydanda olublar. Messinin bu zərbəsi qol ilə nəticələnib və Argentinanı əlavə vaxtda hesabda önə çıxıb.Qeyd edək ki, Argentina millisi finalda Fransanı penaltilər seriyasında məğlub edərək dünya çempionu olub (3:3, penaltilər seriyası - 4:2). Lionel Messi 23-cü dəqiqədə penaltidən hesabı açıb. 36-dı dəqiqədə Anhel di Mariya fərqi artırıb. 80-ci dəqiqədə Fransa millisinidən Kilian Mbappe penaltini dəqiq yerinə yetirib. 81-ci dəqiqədə o, özünün və komandasının 2-ci qolunu vurub, hesab bərabərləşib. Messi 108-ci dəqiqədə yenidən komandasını önə çıxarsa da, Mbappe 118-ci dəqiqədə növbəti dəfə penaltidən fərqlənib və bərabərlik qolunu vurub. Lakin Argentina pillisi penaltilər seriyasında üstün olub (4:2) və dünya çempionu adını qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
607 549 450 505 479 451

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.