n2006

n2006 Gözəllik 22-12-2022, 23:00

Bədəndəki yağları bananla yandırın - RESEPT

Bədəndəki yağları bananla yandırın - RESEPT
Bir çox insan bananın dadına görə onu yeməkdən doymur. Ancaq banan yeməyin bir başqa faydası da var. Bu faydanı Aile.lent.az sizə açıqlayacaq.

Banan ləzzətli olmaqla yanaşı tam bir potasium qaynağıdır – bədəndəki artıq suyun atılması üçün lazımi maddə ilə dolu bir depodur. Yəni banan ispanaq, ya kətan toxumu ilə yeyildikdə maddələr mübadilənizin sürəti artır. Siz də artıq çəkilərlə mübarizə aparırsınızsa və özünüzü çarəsiz hiss edirsinizsə, bu inanılmaz resepti hazırlayın. Peşman olmayacaqsınız.

2 çay qaşığı kətan toxumu
2 qaşıq pendir suyu
1 banan
1 portağal
½ rəndələnmiş zəncəfil
½ stəkan qatıq
1 çay qaşığı hindqozu yağı

Hazırlanması:

Bütün bunları blendrə əlavə edin və yaxşıca qarışdırın. Bu qarışımı hər səhər ac qarına bir stəkan ilıq su içdikdən sonra qəbul edin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
470 485 454 438 453 435

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.