Səbahəddin Ali - "Xəz Paltolu Madonna" kitabından sitatlar (3-cü hissə)

Səbahəddin Ali - "Xəz Paltolu Madonna" kitabından sitatlar (3-cü hissə)
Xəz Paltolu Madonna (Türkcə: Kürk Mantolu Madonna). Məşhur türk yazıçısı və şairi Səbahəddin Alinin 1943-cü ildə qələmə aldığı bu romanda Raif əfəndinin məhəbbət hekayəsindən danışılır.
Kitabdan sitatlar:
- Ürəyimdə nəsə bir boşluq olduğunu və mənə əzab verdiyini hiss edirdim. Nəsə bir şey çatmırdı. Bəs çatmayan şey nə idi? Evdən çıxdıqdan sonra nəyisə unutduğunu hiss edib ayaq saxlayan, lakin nəyi unutduğunu heç cür xatırlaya bilməyən, hafizəsini araşdıran, ciblərini axtaran və nəhayət, ümidsiz, nigarançılıq içində yoluna davam etmək istəyən bir adama oxşayırdım.
- Qadınlar doğrudan da çox qəribə məxluqlardır. Bütün xatirələrimi yada salıb müəyyən bir nəticəyə gəlmək istəyərkən, qadınlarda heç vaxt qəlbdən sevmək qabiliyyəti olmadığını qət elədim. Qadın sevə biləcəyi zaman sevmir, həyata keçməyən arzulara, xəyallara uyur, qırılan mənliyini bərpa etmək istəyir. Sonra isə itirilmiş imkanlara acıyır və bunlar ona bir eşq kimi görünür.
- Bir qadının sənə hər şeyini verdiyini zənn etdiyin vaxtda, onun həqiqətdə sənə heç bir şey vermədiyini görmək, bir adamın sənə çox yaxın olduğunu hesab etdiyin vaxtda, onun səndən çox uzaq olduğunu başa düşmək nə qədər acıdır!
- Həmişə olduğu kimi, yenə də hiss edirdim ki, adamlardan kənar gəzib-dolaşmaq, başqalarından üstünlük əlaməti deyil, şikəstlikdir, xəstəlikdir.
- Bu axşam başa düşdüm ki, bəzən bir adam başqasını, həyata bağladığımızdan da qüvvətli tellərlə özünə bağlaya bilər. Bu axşam onu da başa düşdüm ki, mən onu itirsəm, yer üzündə içi boş bir qoza oxşayaram.
- Hər şeyi, hər şeyi, xüsusilə ruhumu çox xəlvət bir yerdə gizlətməliyəm
- Həyat ancaq bir dəfə oynanılan qumardır. Mən onu uduzmuşam.






