n2006

n2006 Gözəllik 24-12-2022, 20:55

Tər qoxusunun qarşısını alan 3 TƏBİİ ÜSUL

Tər qoxusunun qarşısını alan 3 TƏBİİ ÜSUL
Tərləmək sağlamlıqdır. İnsan bədəni toksinləri atmaq üçün tər vəzilərindən istifadə edir. Ancaq dezodorantlar, antiperspirantlar tər vəzilərini bağlayır. Toksinləri atmaq üçün isə tər vəzilərinin bağlanmaması lazımdır. Əlbəttə, tərləyərək ətrafa naxoş qoxular yaymaq da istəməzsiniz. Bunu da əngəlləmənin çox asan yolları var.

Üsul 1.

Bunun üçün ehtiyacınız olan tək şey bir neçə damcı limon suyudur.S

Ovcunuzun içinə damcılatdığınız bir neçə damcı limon şirəsini qoltuq altına sürtməniz yetərli olacaq. Bu üsul ən az 12 saat təsirli olur.

Üsul 2.

1 sprey şüşəsi

Alma sirkəsi

Su

Alma sirkəsinin miqdarını sudan bir az artıq götürün. Hər ikisini sprey şüşəsinə doldurub çalxalayın. Gün ərzində bir, ya iki dəfə istifadə etməniz yetərli olacaq.

Tərləsəniz də, təxminən 8 saat qoxu hiss etməyəcəksiniz.

Üsul 3.

Limon və alma sirkəsini qarışdırın, pambıqla batırıb qoltuqaltına sürtün. Əgər qoltuqaltı qaralması kimi şikayətiniz varsa, limon damcıları rənginin açılmasına yardım edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
429 438 484 445 426 423

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.