n2006

n2006 Mətbəx 29-12-2022, 10:30

“Dovşan” salatı – RESEPT

“Dovşan” salatı – RESEPT
Tərkibi:

400 q toyuq əti
300 q göbələk
3 kartof
2 yerkökü
3 duzlu xiyar
4 yumurta
300 q mayonez
duz

bəzək:
2 kağız “qulaq”
1 zeytun
1 dilim yerkökü
göyərti (zövqə görə)

Toyuq ətini bişirib didin.

Göbələk əgər təzədirsə, duzlu suda hazır olanadək bişirin. Əgər konservləşdirilmişdirsə, yaxşıca yuyun. Hazır göbələyi blenderdə xırdalayın.

Kartofu və yerkökünü hazır olanadək bişirin, təmizləyib sürtgəcdən keçirin.

Duzlu xiyarı sürtgəcdən keçirin.

Yuyulub bişirilmiş yumurtaların ağını və sarısını ayırın, ayrı-ayrı qablara sürtgəcdən keçirin.

Salatı buluda lay-lay düzün. Lap əvvəldən dovşan forması verin:

kartof + mayonez + toyuq əti + mayonez + duzlu xiyar + mayonez + yumurta sarısı + mayonez + yerkökü + mayonez, göbələk + mayonez + yumurtanın ağı.

Sonra “dovşan”ın “baş”ına kağızdan düzəltdiyiniz “qulaqları” taxın. Zeytundan “gözlər” və “burun” hazırlayın, “dovşan”ın yan-yörəsinə xırda doğranmış göyərti, məsələn, şüyüd səpin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
463 531 446 442 480 417

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.