Dünyanın ən hündür binaları - FOTO

Dünyanın ən hündür binaları - FOTO

Dünyanın ən hündür binaları - FOTO

Şəhərləşmənin və müasirləşmənin əlamətlərindən biri də inşa olunan göydələnlər hesab edilir. Uzun illərdir fərqli şəhərlər bir-biriylə rəqabət etmək, güc göstərmək, bəzən isə sadəcə zövq üçün göydələnlər inşa edir. Son zamanlarda daha çox Şərq ölkələrində məşhur olan hündür göydələnlər dünyanın bütün maliyyə mərkəzlərində mövcuddur.

KK100

Məkan: Shenzhen, China
Hündürlük: 441.6 metr
Açılış tarixi: 2011-ci il



The Kingkey və ya KK100 Hong Kong şəhərinin şimalında yeni qurulan sənayə mərkəzi Şenzenin ən dəyərli binası hesab olunur. Göydələnin bir hissəsində restoran və alış-veriş mərkəzi də mövcuddur.

Willis Tower

Məkan: Çikaqo, ABŞ
Hündürlük: 442.2 metr
Açılış tarixi: 1974



Çikaqonun ən hündür binası hesab olunur. Üzərində yerləşən antena ilə bərabər toplam hündürlüyü 527 metrə çatır. Göydələn 110 mərtəbədən ibarətdir və üzərində yerləşən antena 85 metrlə dünyanın ən uzunu hesab olunur. Binada 16 100 pəncərə var.

Zifeng Tower

Məkan: Nanjing, Çin
Hündürlük: 450 metr
Açılış tarixi: 2010



Zifeng Adrian Smith və Gordon Gill Architecture tərəfindən inşa olunub. Eyni şəxslər həm də Burj al Arab’ində memarıdırlar.

Petronas Towers

Məkan: Kuala Lumpur, Malaziya
Hündürlük: 452 metr
Açılış tarixi: 1998



Malaziyanın neft çirkəti Petronas tərəfindən inşa olunan və paytaxt Kuala-Lumpurun mərkəzində yerləşən qoşa binaların memarı argentinalı Cesar Pellidir. İki bina arasında əlaqə qurmaq üçün 170-ci metrdə körpü hazırlanıb. Bu bina həm də Malaziyanın simvoluna çevrilib.

International Commerce Centre

Məkan: Hong Kong, Çin
Hündürlük: 484
Açılış tarixi: 2010



Hong Kong şəhərinin ən hündür binasının bir hissəsi otel, qalanı isə iş mərkəzlərindən ibarətdir. Binanın memarı İCC’i dünyanın ən hündür binası olaraq inşa etmək istəsə də yaxında dağların hündürlüyünü keçmək qadağan olunduğu üçün memar arzusunu gerçəkləşdirə bilmədi.

Taipei 101

Məkan: Taypey, Tayvan
Hündürlük: 509 metr
Açılış tarixi: 2004



Tayvanın Taypey şəhərində yerləşən finans mərkəzi. Taipei 101 deyilməsinin səbəbi isə 101 mərtəbədən ibarət olmasıdır. Dünyanın ən hündür binaları arasında olan bu göydələnin bir başqa özəlliyi isə ən sürətli liftlərə shaib olmasıdır. Bu binada yerləşən liftlər enərkən 10 m/s, çıxarkən isə 16.8 m/s hərəkət edir.

One World Trade Center

Məkan: New York, ABŞ
Hündürlük: 541 metr
Açılış tarixi: 2014



Manhattan’da keçən il açılışı edilən bina ABŞ və Qərb yarımkürəsinin ən hündür binasıdır. David Childs və Thomas Boada’nın memarlığı ilə inşa edilən bina 105 mərtəbədən ibarətdir.

Abraj Al Bait

Məkan: S. Ərəbistan
Hündürlük: 601 metr
Açılış tarixi: 2012



Səudiyyə Ərəbistanında ən yüksək bina, dünyanın isə ən böyük və yüksək otelidir. Bununla yanaşı dünyanın ən böyük saatına malik ən yüksək saat qülləsidir. 2012-ci ildə açılmış bina dünyanın ən yüksək ikinci binasıdır. Bina Kəbənin içində olan Məscidül-Həramın yanındadır. Buna baxmayaraq binada 4,000 insan tutumlu məscid də fəaliyyət göstərəcək. Hər il 2 milyon zəvvar burada yerləşdirilə bilər.

Bürc Xəlifə

Məkan: BƏƏ
Hündürlük: 601 metr
Açılış tarixi: 2010



Bürc Xəlifə — dünyanın ən hündür binası. 2004-cü ilin 21 sentyabrında tikilməyə başlayan “Burc Xəlifə”nin (digər adı “Bürc Dubay”) layihəsi memar Adrian Smit tərəfindən verilib. Smeta dəyəri 4.1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
736 783 773 723 804 717

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.