sonsuz_sevgi

sonsuz_sevgi Mətbəx 30-12-2022, 20:45

“4×4” salatı – RESEPT

“4×4” salatı – RESEPT
Asan hazırlanmasına və ərzağın az olmasına rəğmən, bu salat süfrədə tez nəzərə çarpır. Çox hazırlamaq istəsəniz, ərzağın qədərini mütənasibliyi qoruyaraq artırın. Onu doğranmış göyərti ilə də bəzəyə bilərsiniz – zövq məsələsidir.

Tərkibi (1 pay):

4 qara zeytun
4 bildirçin yumurtası
4 çerri pomidoru
4 balaca motsarella pendiri
duz
istiot
zeytun yağı
göyərti (zövqə görə – cəfəri və ya göy soğan)

Bildirçin yumurtalarını bişirib təmizləyin.

Göyərtidən başqa heç nəyi doğramaq lazım deyil.

Bütün ərzaqları salat qabına yığın, qarışdırın, duz, istiot vurun, üzərinə yağ gəzdirin. Göyərti səpin. Vəssalam!

Salatı kahı yarpağının üstünə də qoya bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
446 412 405 392 365 446

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.