HASANLY

HASANLY Xəbərlər 3-01-2023, 06:30

Ömər Çelik: “Ukrayna böhranı uzun sürən soyuq müharibə riski yaradır”

Ömər Çelik: “Ukrayna böhranı uzun sürən soyuq müharibə riski yaradır”
Türkiyə Ukrayna böhranının uzanmasının yeni soyuq müharibəyə səbəb ola biləcəyini istisna etmir.

Bu fikirləri bazar ertəsi jurnalistlərə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik deyib.

“Türkiyə münaqişənin başlanğıcından bəri onun danışıqlar masası arxasında həlli siyasətini davam etdirir və bundan sonra da bu istiqamətdə səy göstərəcək. Lakin sabit atəşkəs üfüqdə görünmür. Üstəlik, deyə bilərik ki, uzun sürən soyuq müharibə riski formalaşır”, - deyə o bildirib.

Qeyd edək ki, yanvarın 2-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ədalət və İnkişaf Partiyasının icraiyyə komitəsinin iclası keçirilib.

Mənbə: Haber Global

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
401 372 338 344 315 310

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.