HASANLY

HASANLY İdman 3-01-2023, 14:14

Donald Gerye Azərbaycana qayıdır

Donald Gerye Azərbaycana qayıdır
Hazırda Kiprin “Olimpiakos” klubunda forma geyinən Donald Gerye Azərbaycan Premyer Liqasına qayıda bilər.

Loading.Az Sportlife.az-a istinadən məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi “Sumqayıt”la ümumi razılıq əldə edib. Tərəflər futbolçunun azad agent olmasını gözləyir.

Kipr təmsilçisi ilə may ayına qədər müqaviləsi olan futbolçu klubla sözləşməsinə qarşılıqlı razılıqla xitam verməyə çalışır. Azad agent statusu aldıqdan sonra haitili futbolçu “Sumqayıt”la müqavilə imzalayacaq.

Məlumata görə, keçid yaxın günlərdə rəsmiləşəcək.

Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə “Qarabağ”ın şərəfini qoruduqdan sonra “Neftçi”yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
414 420 352 388 376 384

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.