HASANLY

HASANLY Xəbərlər 4-01-2023, 15:03

Göstəricilərinə görə F-35-dən üstün olacaq “Kızılelma”

Göstəricilərinə görə F-35-dən üstün olacaq “Kızılelma”
Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan səsdən sürətli pilotsuz “Bayraktar Kızılelma” qırıcısı ABŞ-nin beşinci nəsil F-35 qırıcısını bir neçə göstəriciyə görə üstələyəcək.

Bu barədə “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar bildirib.

Onun sözlərinə görə, pilotsuz qırıcı gələcəkdə klassik döyüş təyyarələrinə qarşı hava döyüşlərində istifadə edilə bilər.

“Biz pilotsuz qırıcının səsdən sürətli versiyasını istehsal etməyi planlaşdırırıq. “Kızılelma” aviasiyada inqilab edəcək, o, klassik döyüş təyyarələrinə qarşı hava döyüşlərində istifadə edilə bilər. Bəlkə də, dronun ilk uçuşundan sonra onu bir çox ölkədə istifadə olunan təyyarələrlə müqayisə etmək düzgün olmazdı, lakin tam hazır olanda bir neçə göstəriciyə görə F-35-i keçəcək”, - deyə Bayraktar bildirib.


Göstəricilərinə görə F-35-dən üstün olacaq “Kızılelma”


Onun sözlərinə görə, “Kızılelma” F-35 kimi beşinci nəsil qırıcıdır, lakin uzaqdan idarə olunur.

“Gələcəkdə bu, klassik beşinci nəsil aviasiyası üçün çağırış olacaq”, - deyə şirkətin rəhbəri bildirib.

Qeyd edək ki, pilotsuz qırıcı ilk dəfə 2022-ci ilin avqustunda Samsun şəhərində keçirilən “Teknofest” aerokosmik sərgisində təqdim edilib. O, MIUS döyüş pilotsuz təyyarə kompleksi layihəsinin bir hissəsi kimi hazırlanıb. “Kızılelma”nın uçuş kütləsi təqribən 6 tondur ki, bunun da təxminən 2 tonu faydalı yükdür. Bu pilotsuz aparat 12 km yüksəklikdə 5-6 saat hərəkət edə bilir. Onun uçuş diapazonu SATCOM məlumat şəbəkəsi ilə işləmək qabiliyyətinə görə qeyri-məhduddur.



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
441 524 379 411 396 440

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.