reklam
Rusiya klubu Kadi üçün “Qarabağ”a nə qədər ödəyəcək? Rusiya klubu Kadi üçün “Qarabağ”a nə qədər ödəyəcək? https://take.az/uploads/posts/2023-01/1672915316_318743875_4227154180741731_1513296118466604879_n.jpg
Musayev

Musayev İdman 5-01-2023, 14:42

Rusiya klubu Kadi üçün “Qarabağ”a nə qədər ödəyəcək?

Rusiya klubu Kadi üçün “Qarabağ”a nə qədər ödəyəcək?
Rusiyanın “Krasnodar” və “Qarabağ” klubları Kadi Borgesin transferi ilə bağlı razılığa gəliblər. Yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq.

Transfermarkt.com-un məlumatına görə, Rusiya klubu Kadinin keçidi üçün təmsilçimizə iki milyon avro ödəyib.

Qeyd edək ki, Kadi 2021-ci ilin yayından “Qarabağ”da çıxış edib.

Kadi Yuri Borges Malinovski 1996-cı ildə Braziliyanın Kuritiba şəhərində anadan olub, futbolçu karyerasına da elə orada başlayıb. 2019-cu ildə o, Portuqaliyaya köçüb, burada da yerli “Eştoril” və “Vilafrankense” komandalarında oynayıb.

2021-ci ildə Kadi “Qarabağ” klubuna keçib. İl yarım ərzində futbolçu 4-ü Çempionlar Liqasının 2022/23-cü il mövsümünün təsnifat mərhələsində (“Lex”ə qarşı dubl, “Sürix”ə qarşı iki matçda qol) və 3-ü 2021/22 Konfrans Liqasında (“Omonia” ilə oyunda dubl, “Marsel”ə qarşı qol) olmaqla 28 qol vurub. Bundan əlavə, Polşa əsilli braziliyalı yarımmüdafiəçinin 2022/23-cü illər mövsümündə Avropa Liqasında “Nant” və “Olimpiakos” üzərində qazanılan qələbələrdə də daxil olmaqla 20-dən çox məhsuldar ötürməsi var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
199 170 169 174 169 181

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.