n2006

n2006 Məşhurlar 5-01-2023, 21:00

"Hər gün yeni travma alır, ağlayırdım"

"Hər gün yeni travma alır, ağlayırdım"
"Masumlar apartmanı" serialında rol alan aktrisa Merve Dizdar ekran işində canlandırdığı obraz haqqında danışıb.

LoaDinG.Az xəbər verir ki, aktrisa çəkiliş ərəfəsində psixoloji çətinlik yaşadığını deyib:

"Həftənin 5 günü çəkiliş var idi. Hər gün yeni travma alır, ağlayırdım. Hər gün normalda pərdələrimi açaraq günə başlayırdım. Çəkilişlər vaxtı fərqinə vardım ki, pərdələri açmıram, qaranlıqda otururam. O dərəcə təsir altına düşürdüm. Özümü nə qədər qorumağa çalışsam da, depressiyaya sürüklənirdim. Buna baxmayaraq, həmin layihə başıma gəlmiş ən gözəl şeydir.

Fikrimcə, empatiya aktyorun ən böyük silahıdır. Bu məndə yetəri qədər var. Bu, insanı anlamaqdır, bizim işimiz də bundan ibarətdir. "Gülben" qədər fərqli və onu üstələyən ikinci bir obraz yoxdur".

Qeyd edək ki, Merve sözügedən serialda "Gülben" obrazını canlandırıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
435 350 382 358 371 350

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.