reklam
Səni sevdiyimi,heç kəs bilməsin Səni sevdiyimi,heç kəs bilməsin http://take.az/uploads/posts/2017-07/1500929165_elinden-tutdugum-xatireleri.jpg
amon

amon Şeirlər 25-07-2017, 09:40

Səni sevdiyimi,heç kəs bilməsin

Səni sevdiyimi,heç kəs bilməsin
Səni sevdiyimi,heç kəs bilməsin
Əlindən tutduğum xatirələri
Gözünə saldığım o eşq izləri
Sənə söylədiyim,o xoş sözləri
Səni sevdiyimi,heç kəs bilməsin
Qalsın aramızda,heç kəs bilməsin

Səndən küsüb getsə,sevgi mələyim
Ayrılsa yollarım,bitsə hislərim
Sənə var xaişim,son bir istəyim
Səni sevdiyimi,heç kəs bilməsin
Qalsın aramızda,heç kəs bilməsin


Bir gün səninlə,üz üzə gəlsəm
Üzüne baxmayıb astaca getsəm
Gözüm qəhərlənsə,əgər üzülsəm
Səni sevdiyimi,heç kəs bilməsin
Qalsın aramızda,heç kəs bilməsin

Eşitsəm toyundu ərə gedirsen
Özgə bir ocağa gəlin köçürsən
Məni yada salıb,sən kövrəlmisən
Səni sevdiyimi,heç kəs bilməsin
Qalsın aramızda,heç kəs bilməsin

Hicran qoy adını,qızın olarsa
Hər hicran deyərək,sən cağıranda
Hicranlı sevgimiz düşəcək yada
Səni sevdiyimi,heç kəs bilməsin
Qalsın aramızda,heç kəs bilməsin

Xəbər tutsan əgər,daha yoxam mən
Qəbrim üstə əgər,güllər getirsən
Elə et gizlincə,heç kəs görməsin
Səni sevdiyimi heç kəs bilməsin
Qalsın aramızda,heç kəs bilməsin


Müəllif:Toğrul Samedov

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
515 518 539 465 551 567

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.