reklam
Tavada Lülə kabab Tavada Lülə kabab https://take.az/uploads/posts/2023-01/medium/1673254348_963126.jpg
Nəfəs

Nəfəs Mətbəx 9-01-2023, 14:30

Tavada Lülə kabab

Tavada Lülə kabab
Tərkibi:
1 kq qiymə (quzu əti və ya mal əti)
180 qr soğan
180 qr quyruq
0,5 xörək qaşığı zirə
1 xörək qaşığı keşniş
0,5 çay qaşığı istiot
1 çay qaşığı duz
0,5 xörək qaşığı bitki yağı

Hazırlanması:
İlk öncə quyruğu və soğanı çox xırda doğrayın. Bir qabda qiymənin üzərinə xırda doğranmış quyruq, soğan, üyüdülmüş zirə, xırda doğranmış keşniş,duz və istiot əlavə edib yaxşıca qarışdırın. Təxminən 10 dəqiqə əllə yaxşıca yoğurun. Hazırladığınız qiyməni 2-3 saatlıq soyuducuya yerləşdirin. Saatın tamamında qiymədən 100 qr ağırlığında kotletlər hazırlayın. Çöp şişi hazırladığınız kotletlərə keçirərək lülə kabab forması verin. Tavanı bitki yağıyla azca yağlayıb lülə kababları tavaya yerləşdirin. Arabir çevirərək kababları bişirin. Hazır lülə kababları göyərti, halqa doğranmış soğanla süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
254 247 223 266 211 238

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.