n2006

n2006 Sevgi 11-01-2023, 15:00

Çətindi bilirəm, ama unutmaq məcburiyyətindəsiz....

Çətindi bilirəm, ama unutmaq məcburiyyətindəsiz....
Keçəcək. Çətin olacaq, ama keçəcək. İstəsəz də, istəməsəz də unudacaqsız. Çünki alışırsız, əlində olmadan sadəcə onu unuda bilmək üçün həyatınıza yeni birisini alırsız. Açığı həyatınızda birisinin olmasını da istəməmisiz. Ondan sonra sizə maraq göstərən hər kəsə "sən də canımı yandıracaqsan, bilirəm" gözü ilə baxacaqsız. O da belə etmişdi. Öncə yaralarınızı sardı, yanınızda oldu, sizi dinlədi, özünə güvəndirdi, sevdirdi, bağladı. Sonra da yaralarınızı yenidən qanatdı. İndi bəlkə də başqası öpür sizi boynunuzdan. Zərrə hiss etmirsiz onu. Hətta bəlkə də özünüzə belə nifrət edirsiz. Sadəcə ona inad olsun deyə o var həyatınızda. "Görəsən indi nə edir? Yatıbmı? Darıxıbmı az da olsa?" suallarından təmizləyin bütün beyninizi, düşüncələrinizi. Onun adını eşidəndə "Məni maraqlandırmır" deməyi öyrənin. O gözəlim mahnıların içinə onu qoyaraq özünüzə əziyyət etməyin. Əsla ağlamayın ! O ağlamır, gülür böyük ehtimalla. Ya da bir başqasına yazır indi. Yatmış da ola bilər, ama əmin olun ki, ağlamır. Əsla ağlamayın siz də ! Əsla !... Çünki o sizin göz yaşlarınıza belə layiq deyil artıq. Çətindi bilirəm, ama unutmaq məcburiyyətindəsiz....

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
471 499 506 371 408 450

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.