HASANLY

HASANLY Xəbərlər 12-01-2023, 12:04

Keçmiş məhkumlardan iki kiloqram marixuana götürülüb

Keçmiş məhkumlardan iki kiloqram marixuana götürülüb
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitə və həblər aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının məcburi köçkünlər üçün salınmış üç saylı qəsəbə ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Namiq Babazadə və Əfqan Mahmudzadənin idarəsində olan avtomobil saxlanılıb. Avtomobildə aparılan axtarış zamanı iki kiloqramdan artıq marixuana, bir kiloqramdan artıq heroin və 300 metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
397 337 420 343 434 344

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.