n2006

n2006 Məşhurlar 12-01-2023, 12:12

Müşviq Şahverdiyev məhkəməyə verildi

Müşviq Şahverdiyev məhkəməyə verildi
Tanınmış film istehsalçısı “Cinemazadeh” aktyor Müşviq Şahverdiyevi məhkəməyə verib.

LoaDinG.Az xəbər verir ki, tərəflər arasında müqavilə öhdəlikləri ilə bağlı problem yaşanıb. Şirkətin qaldırdığı iddiaya görə, məşhur aktyor “Cinemzadeh”lə film çəkilişləri ilə bağladığı müqavilənin öhdəliklərini yerinə yetirməyib. Belə ki, aktyor şirkətin film layihəsində iştirakla bağlı müqavilə imzalasa da, daha sonra çəkilişdə iştirak etməkdən imtina edib. Buna görə də şirkət Müşviq Şahverdiyevdən təzminat tələb edir.

İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılır.

Qeyd edək ki, M.Şahverdiyev daha əvvəl “Cinemzadeh”in “Ofis işi”, “Kəklikotu” kimi layihələrində yer alıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
443 473 418 430 444 396

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.