HASANLY

HASANLY Xəbərlər 13-01-2023, 13:32

Son beş ildə şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü 2,5 dəfə artırılıb

Son beş ildə şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü 2,5 dəfə artırılıb
“Son beş ildə icra olunan dörd sosial islahat paketi nəticəsində şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü 2,5 dəfə artırılıb”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Nazir müavininin sözlərinə görə, əlilliyi olan şəxslər üçün müavinət və təqaüdlər orta hesabla üç dəfə, aztəminatlı ailələrdə bir yaşınadək uşağa görə müavinət 2,1 dəfə, uşağın anadan olmasına görə birdəfəlik müavinət 4,6 dəfə, dəfn üçün birdəfəlik müavinət 3,4 dəfə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi (o cümlədən gözdən əlilliyi) olan şəxslərə Prezidentin aylıq təqaüdü iki dəfə, yaşa görə müavinət üç dəfə, beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət 3,2 dəfə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərə qulluq edən şəxslərə Prezidentin aylıq təqaüdü iki dəfə, ailə başçısını itirməyə görə müavinət 76,5 faiz artırılıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
877 814 510 583 547 496

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.