Musayev

Musayev İdman 14-01-2023, 15:42

Messi PSJ ilə müqaviləni 2024-cü ilə qədər uzadacaq

Messi PSJ ilə müqaviləni 2024-cü ilə qədər uzadacaq
PSJ-nin argentinalı hücumçusu Lionel Messi Paris komandası ilə müqaviləsini 2024-cü ilə qədər uzadacaq.

Bu barədə “TyC Sport”un jurnalisti Qaston Edul bildirib.

“Messi PSJ ilə müqaviləsini 2024-cü ilin iyununa qədər uzatmaq üçün şifahi razılığa gəlib. Danışıqlar tezliklə yekunlaşa bilər. Messi gələn mövsüm də Çempionlar Liqasında oynayacaq. Lakin o, hələ də qərar verməyib”, - Edul qeyd edib.

Xatırladaq ki, Messi 18 il “Barselona”da qaldıqdan sonra, 2021-ci ilin avqustunda PSJ-yə keçib. Bu mövsüm Messi komandanın heyətində Fransa çempionatında 12 matçda meydana çıxıb, yeddi qol vurub və yeddi məhsuldar ötürmə edib. Argentinalı futbolçu ötən mövsüm 26 oyunda altı qol vurub və 13 məhsuldar ötürmə edib.

Daha əvvəl Səudiyyə Ərəbistanının iki klubunun Messini transfer etmək istədiyi bildirilirdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
524 520 470 451 501 450

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.