Apple real dünyadakı rəngləri qrafik redaktora köçürə biləcək yeni nəsil Apple Pencil-i patentləşdirib
Apple şirkəti yeni nəsil Apple Pencil stilusunu patentləşdirib. Patent sənədlərinə əsasən yeni nəsil Apple Pencil stilusunun konstruksiyasında optik sensor olacaq və həmin optik sensor real dünyadakı rəngləri təyin edərək onları qrafik redaktora köçürə biləcək. Patentə əsasən yeni nəsil Apple Pencil-in sahib olacağı optik sensor müxtəlif səthlərin rənglərini və teksturlarını təyin edə biləcək.
Stilus kontaktda olduğu səthlərin rəngləri və teksturları barəsində məlumatları naqilsiz şəbəkə vasitəsilə iPad kimi qoşulu olduğu cihaza ötürə biləcək. Patent sənədlərində həmçinin qeyd edilib ki, yeni nəsil Apple Pencil bu və ya digər obyektin teksturunu ölçə və rəng çalarları barəsində daha ətraflı məlumatı əldə etmək üçün işığın, obyektin rənginə necə təsir göstərdiyini təyin edə biləcək. Apple şirkətinin digər patentləri kimi bu patentin də nəticədə dəqiq şəkildə reallaşdırılacağı məlum deyil.