HASANLY

HASANLY Xəbərlər 16-01-2023, 12:39

DYP sürücülərə müraciət etdi

DYP sürücülərə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən verilən məlumata görə, qanunvericiliyin tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir.

Müraciətdə qeyd olunub ki, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır:

“Ötən günlərdə ölkə ərazisində müşahidə olunan qarlı, çiskinli hava ilə əlaqədar yollarda çirkli su və ya palçığın yaranma ehtimalı artığından, sürücülər avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayırmalıdırlar. Lakin, bir sıra hallarda sürücülərin mövcud hava şəraitindən sui-istifadə edərək nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının təmizliyinə əhəmiyyət verməməsi, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirmələri yolverilməzdir”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
355 347 329 325 326 344

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.