ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Şeirlər 16-01-2023, 13:41

Səni kim sevəcək bəs mənim kimi?

Səni kim sevəcək bəs mənim kimi?


Gedirsən, gedəni saxlamaram mən,
Məndən nə istərsən,verim,sonra get.
Gözlə, o getdiyin yollar üstünə
Bir güldən-çiçəkdən sərim, sonra get.


Səni kim sevəcək bəs mənim kimi?


Gəlmişdin qəlbimi oxlamaq üçün,
Yuxulu dünyamda yuxlamaq üçün,
Yolüstü əlində qoxlamaq üçün
Səninçün qızılgül dərim, sonra get.


Səni kim sevəcək bəs mənim kimi?


Tələsmə! Bir dayan, bir az səbr elə,
Saçları dağınıq getmə gəl belə.
Deyərlər "dəlidir" düşərsən dilə
Yaxın gəl saçını hörüm, sonra get.


Səni kim sevəcək bəs mənim kimi?


Səni kim sevəcək bəs mənim kimi?
Kim saxlar könlündə səni daimi?
Əvvəllər dediyin ölməz sevgimi,
Son an gözlərində görüm, sonra get.


Səni kim sevəcək bəs mənim kimi?


Yazar : Zaur Ilhamoglu

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
608 625 620 600 621 574

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.