ice berg

ice berg Mətbəx 17-01-2023, 17:10

Dadlı limonlu peçenye. Çox asan!

Dadlı limonlu peçenye. Çox asan!
Bu peçenye çox asan və tez hazırlanır.

Lazım olan məhsullar:

- Xama - 100 qr

- Kərə yağı - 100 qr

- Yumurta - 1 dənə

- Şəkər tozu - 1 stəkan

- Limon - 1/2 dənə

- Soda - 1/2 çay qaşığı

- Un - 2,5 stəkan

Hazırlanması:

1. Yumşaq kərə yağı şəkərlə yaxşı qarışdırılır.


2. Xama və yumurta əlavə edilir və yenidən yaxşı qarışdırılır.

3. Limon qabığını sürtgəcin kiçik güzündən keçiririk və yağlı-xamalı kütləyə əlavə edirik.

4. Limon şirəsini sıxırıq. Şirəyə soda tökürük, qarışdırırıq (soda köpüklənməlidir) və kütləyə əlavə edib yaxşı qarışdırırıq.

5. Un əlavə edirik və xəmir yoğururuq (xəmir əllərə yapışmamalıdır). Unun xüsusiyyətlərindən asılı olaraq reseptdən göstərildiyindən daha az və ya daha çox un lazım ola bilər.

6. Xəmiri plyonkaya büküb soyuducuda 1 saat ərzində saxlayırıq.

7. Xəmiri yayırıq, xüsusi peçenye üçün olan formalarla fiqurlar kəsirik.

8. Tavaya perqament kağızı səririk, peçenyeni düzürük.

9. Peçenyeni əvvəlcədən 180 C kimi qızdırılmış sobada 20-25 dəqiqə ərzində bişiririk.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
485 497 451 358 345 429

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.