n2006

n2006 Sağlamlıq 18-01-2023, 13:33

Xəstə damaqlar bu ağır pozulmaya səbəb olur

Xəstə damaqlar bu ağır pozulmaya səbəb olur
ABŞ alimləri 2 elmi araşdırma nəticəsində damaq iltihabının işemik insultla əlaqəni aşkar ediblər.

İşemik insult beyinin bir hissəsində qan dövranının kəskin pozulması nəticəsində baş verən patoloji haldır. Əksər hallarda işemik insultun səbəbi aterosklerozdur. Ateroskleroz zamanı damarlarda xolesterin yığılır, damarlar daralır və hətta tam bağlana bilir.


Araşdırma zamanı məlum olub ki, damaq iltihabından əziyyət çəkən insanlarda insulta 2 dəfə çox rast gəlinir. Həmçinin iltihablaşmış damaqlar qan damarlarının daralması riskini 2 dəfə artırır.

LoaDinG.Az bildirir ki, alimlərin fikrinə görə, bunun səbəbi iltihabdır. Məhz iltihab aterosklerozun əmələ gəlməsi və inkişafında əsas rol oynayır.

Mütəxəssislər qeyd edirlər ki, damaqların vaxtında müalicəsi damarlarda xolesterin piləklərin və trombların riskini azaltmaqla insultun riskini də azalda bilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
346 341 343 307 337 337

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.