DeliBirHatun

DeliBirHatun İdman 25-01-2023, 14:27

“Qarabağ” “böyük beşlik” komandalarını qabaqlayır

“Qarabağ” “böyük beşlik” komandalarını qabaqlayır
İngiltərənin “Nyukasl” klubu 2022/2023 mövsümündə qol buraxmadığı oyun sayına görə, Avropanın “böyük beşlik” ölkələrinə başçılıq edir.

LoaDinG.az xəbər verir ki, “sağsağanlar” İngiltərə Liqa Kubokunun yarımfinalında “Sauthempton”a 1:0 hesabı ilə qalib gəlməklə mövsümün rekordunu ələ keçirib.

Premyer Liqa təmsilçisi cari mövsüm bütün turnirlərdə keçirdiyi matçların 16-da qapısında top görməyib.

Müqayisə üçün əlavə edək ki, Azərbaycan klubu “Qarabağ” da cari mövsüm 16 görüşü “quru” hesabla tamamlamağı bacarıb. “Böyük beşlik” komandalarını qabaqlayan ağdamlılar bu baxımdan yalnız “Nyukasl”la eyni göstəriciyə malikdirlər. Qurban Qurbanovun kollektivi bütün turnirlərdə keçirdiyi qarşılaşmaların 12-də qapısının toxunulmazlığını qoruyaraq qalib gəlib, 4 dəfə isə meydanı qolsuz bərabərliklə tərk edib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısını məğlubiyyətsiz başa vuran “Qarabağ” avrokuboklardakı mübarizəsini UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
337 441 349 390 351 445

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.