n2006

n2006 Körpəyə qulluq 28-01-2023, 22:00

Uşağın nəcis ifrazı

Uşağın nəcis ifrazı
Uşağın nəcis ifrazı normal olmalıdır. Bu çox vacibdir. Yeni doğulmuşların nəcisi normada açıq-sarı rəngdə, turş süd iyli və xardal bərkliyində olur.

Uşaq həm hər yeməkdən sonra kiçik porsiyalarla, həm də gündə 1-2 dəfə bayıra gedə bilər.


Uşaq 2 gündən bir nəcis ifraz edərsə və bu zaman heç bir narahatlığı olmazsa, nəcis kütləsi isə yumşaq olarsa, bu normal sayıla bilər (hər halda pediatrlə məsləhətləşmək lazımdır).

Əlavə qida almağa başlayan uşaqların nəcisi qəhvəyi rəng alır. Nəcisdə qan, selik olarsa və onun rəngi yaşıla çalarsa, mütləq həkimə müraciət etmək lazımdır. Bu əlamətlər uşağın bağırsaqlarında patoloji mikrobların olmasına dəlalət edir. Ən təhlükəli mikroblar - stafilokokklar, koli, göy irin çöpləri, proteylər, klebsiyellalardır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
549 575 493 444 505 501

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.