Nigaranam görən anam necədir?

Qurban olum o qaranlıq dünyana,
Darıxıram, məni də al yanına,
Bir gecəlik qonaq et məzarına,
Deyirlər ki,orda hər an gecədi,
Nigaranam,görən Anam necədir?
Darıxıram, məni də al yanına,
Bir gecəlik qonaq et məzarına,
Deyirlər ki,orda hər an gecədi,
Nigaranam,görən Anam necədir?

Əvvəlkitək birgə olaq biz yenə,
Sarıl mənə,məndə sarılım sənə,
Şahid olum bircə günlük gecənə,
Anam,sənsiz gündüzüm də gecədi,
Nigaranam,görən Anam necədir?
Sarıl mənə,məndə sarılım sənə,
Şahid olum bircə günlük gecənə,
Anam,sənsiz gündüzüm də gecədi,
Nigaranam,görən Anam necədir?

Ürəyim sıxılır hər an,hər saat,
Həsrətin heç məni buraxmır rahat,
Səninçün oluram yaman narahat,
Gəlmirsən yuxuma neçə gecədi,
Nigaranam,görən Anam necədi?
Həsrətin heç məni buraxmır rahat,
Səninçün oluram yaman narahat,
Gəlmirsən yuxuma neçə gecədi,
Nigaranam,görən Anam necədi?
Redaktə etdi: Lola






