n2006

n2006 Mətbəx 6-02-2023, 07:00

Yüngül və dadlı - çiyələkli Rafaello

Yüngül və dadlı - çiyələkli Rafaello
Yayın ləzzətli meyvələrindən olan çiyələk və yüngül, dadlı Rafaello...

Bu iki məhsulun birləşməsindən də yüngül, dadlı və gözəl görünüşlü yay şirniyyatı hazırlamaq olar.


Lazım olan məhsullar:

- Çiyələk — 200 qr

- Yumurta — 1 ədəd

- Şəkər tozu — 5 ст.л.

- Kərə yağı — 30 qr

- Kəsmik — 250 qr

- Un — təxminən 1 stəkan

- Suxari qırıntıları

- Kokos qırıntıları

Hazırlanması:

Yumurtanı şəkər tozu ilə çalın və qarışdıra-qarışdıra kərə yağı və kəsmiyi əlavə edin. Sonra alınan kütləyə un əlavə edin. Yüngül xəmir yoğurun. Xəmirdən kiçik hissələr qopardın və onlardan kətələr hazırlayın. İçinə bütöv çiyələk qoyun, sonra əllərinizi una batıraraq kürəciklər düzəldin. Sonra kürəcikləri qaynayan suya atın və suyun üzünə çıxdıqdan sonra 3 dəqiqə ərzində bişirin. Bişdikdən sonra kürəcikləri kəfgirlə sudan çıxardın. Suxari və şirin kokos dənəciklərinin qarışımına batırın.

Servis etdikdə çiyələklə bəzəyin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
415 378 400 392 361 394

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.