ice berg

ice berg Məsləhətlər 10-02-2023, 16:30

Mətbəxdəki qoxuları aradan qaldırmağın 3 SADƏ YOLU

Mətbəxdəki qoxuları aradan qaldırmağın 3 SADƏ YOLU
Mətbəxdə daim yemək bişirildiyi üçün xoşagəlməz qoxu qaçılmazdır. Qoxular, həmçinin soyuducuda və ya otaqda xarab olan qidalardan da yarana bilər. Əsas problem odur ki, bu iylər uzun müddət mətbəxi tərk etmir və bu da insanlar da narahatlıq yaradır.

LoaDinG.aZ mətbəxdəki xoşagəlməz qoxulardan qurtulmağın 3 sadə yolunu təqdim edir:

Duz

Bəli, düz oxudunuz. Adi duz qoxunu aradan qaldırmaq üçün ən yaxşı vasitələrdən biridir.

Əgər isti sobaya duz səpsəniz, istənilməyən iylərin yox olacağının şahidi olacaqsınız. İstifadə üçün bir çay qaşığı kifayət edəcək.

Sitrus qabığı

Portağal və ya limon yeməyi planlaşdırırsınız? Qabıqları atmayın! Mətbəxinizdə pis qoxu varsa, o sitrus qalıqlarını isti ocağın üzərinə qoyun. Tezliklə bütün xoşagəlməz qoxular otaqdan yox olacaq. Əksinə, ətrafı xoş bir ətir bürüyəcək.

Qəhvə

Qəhvə hazırlayın. Bu zaman iki müsbət nəticə əldə edəcəksiniz. Həm dadlı içkidən həzz alacaqsınız, həm də otağı pis qoxulardan xilas edəcəksiniz. Çalışın türk qəhvəsindən istifadə edin. Çünki hazır qəhvələrdən nəzərəçarpacaq nəticə əldə etmək imkanı azdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
378 371 408 391 366 353

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.