ice berg

ice berg İdman 12-02-2023, 12:30

"Səbail" serbiyalı futbolçunun keçidini rəsmiləşdirib

"Səbail" serbiyalı futbolçunun keçidini rəsmiləşdirib
"Səbail" Macarıstanın "Uypeşt" klubunun futbolçusu Matiya Lyuyiçin keçidini rəsmiləşdirib.

Serbiyalı yarımmüdafiəçi mövsümün sonuna qədər icarəyə götürülüb.

"Səbail" 30 yaşlı pleymeykerə qədər qış fasiləsində heyətini David Qomislə gücləndirib, Adil Nağıyevi isə icarədən qaytarıb.

Qeyd edək ki, Serbiyada "Teleoptik" klubunun yetirməsi olan Matiya Lyuyiç karyerası ərzində "Partizan", "Mladost", "Jalgiris" (Litva), "Vellinqton Feniks" (Avstraliya), "Belenenseş" (Portuqaliya, "Qanqvun" (Cəbubi Koreya), "Bney Yehuda" və Hayfa "Hapoel"inin (hər ikisi İsrail) formasını geyinib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
430 369 402 364 387 416

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.