n2006

n2006 Müxtəlif 12-02-2023, 18:29

Gücümüz niyə tükənir? - Psixoloji izah

Gücümüz niyə tükənir? - Psixoloji izah
LoadinG.Az Rusiyanın məşhur psixoloqu Mixail Labkovskiy insan enerjisini tükədən səbəbləri açıqlayıb.

Gücümüzü tükədən amillər:


- "Yox" demək istədiyimiz, amma bu və ya digər səbəblərdən dolayı məcbur qalıb "Hə" dediyimiz zaman;

- Kədər və göz yaşlarını gizlədib xoşbəxt görünməyə çalışdığımız zaman;

- İstirahət etməmək;

- "Hansı işıqlı məqsədlər naminə mən indi buna dözürəm?" sualına cavab tapmaq əvəzinə, özünü hər şeyin yaxşı olacağına inandıraraq sevmədiyin işi görməyə məcbur etmək və ya nəyəsə dözmək;

- İnsanlardan yardım istəmək əvəzinə onlardan xəbərsiz küsmək;

- Bəzi səbəblərdən dolayı xoşlamadığımız və ya maraqsız insanlarla ünsiyyət qurmağa məcbur olmaq;

- Neqativ mövzulardan danışan insanları dinləmək;

- Tıxac, kommunal xərclər, tıxac və s. bu kimi məsələlərin çox müzakirəsi;

- Başqalarının necə yaşadığı barədə uzun və emosional müzakirələr;

- Bezdiyimiz işdə çalışmağa davam etmək;

- Qorxu hissi;

- Kiminsə gəlib həyatımızı dəyişdirəcəyini gözləmək;

- Özünə inamın azlığı, özünü sevməmək, özünü bacarıqsız, qabiliyyətsiz və uğursuz hesab etmək;

Enerjini artıran üsullar

- Müsbət auralı insanlarla yeni tanışlıqlar;

- Yeni biliklər öyrənmək;

- Səyahət;

- Öz qorxularına qalib gəlmək;

- Yeni nələrisə sınaqdan keçirmək;

- Açıq havada bir müddət gəzmək (Bunu işə və ya mağazaya getməklə qarışıq salmayın. Sadəcə müəyyən məqsədlər olmadan gəzin);

- Yaradıcılıqla məşğul olmaq;

- Xoşsimalı adamlarla görüşmək;

- Bizi dəstəkləyən və bizə inanan insanlarla görüşmək;

- Fiziki məşq və aktiv həyat tərzi;

- Emosional gərginlikdən xilas olmaq (Kimisə həqiqətən bağışladıqdan sonra keçirdiyiniz hissləri xatırlayın)

- "Yox" demək istəyirsinizsə, "yox" deyin və ya "hə" demək istəyirsinzisə, çəkinmədən "hə" deyin. Əks halda böyük enerji itkisinə məruz qalacaqsınız və itirilmiş enerjini bərpa etmək xeyli vaxtınızı alacaq. Odur ki, elə indidən istəkləriniz üzrə hərəkət etməyə və ona doğru yaxınlaşmağa start verin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
420 405 351 366 395 370

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.