ice berg

ice berg Sağlamlıq 15-02-2023, 15:31

Telefonu yanına qoyub yatanlar dəli ola bilər

Telefonu yanına qoyub yatanlar dəli ola bilər
Somnoloq, funksional diaqnostika üzrə həkim Tatyana Surnenkova xəbərdarlıq edib ki, smartfonu yanınıza qoyub yatırsınızsa, bu, psixi sağlamlığa olduqca mənfi təsir göstərir.

Ekspertin sözlərinə görə, telefon yuxu dövrünü pozur, ekranın parlaq parıltısı və yuxu hormonu olan melatonin istehsalının azalması səbəbindən yuxuya getmək çətinləşir. Bundan əlavə, Surnenkova qeyd edib ki, parlaq işıq emosiyaların və yaddaşın formalaşmasına təsir edən yuxunun mühüm mərhələsini boğur.

Somnoloq yatmazdan əvvəl qadcetdən istifadə etməyin təhlükələrini də xatırladıb. O, izah edib ki, əgər insan yatmazdan əvvəl telefonda vaxt keçirirsə, o zaman onun yuxuya getməsi çətinləşəcək, çünki məlumat çoxluğu onda həyəcanlı vəziyyətə səbəb olacaq. Surnenkova axşam saat ondan sonra smartfondan istifadə etməməyi məsləhət görüb. Bundan əlavə, o qeyd edib ki, gecə telefon "narahat etməyin" rejiminə keçirilməli, hətta söndürülməlidir.

Mütəxəssis əlavə edib ki, yuxu izləmə proqramları effektiv deyil. "Onların dəqiqliyi olduqca şübhəlidir və yuxularının keyfiyyəti ilə bağlı həddindən artıq narahatlıq gələcəkdə xroniki yuxusuzluğa səbəb ola bilər", - mütəxəssis xəbərdarlıq edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
332 331 329 347 310 316

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.