Yoxlamağa dəyər 5 fərqli çay resepti
Zəncəfilli çay
Belə soyuq havalarda xəstələnməmək üçün immunitetini gücləndirməkdən ötrü bu çaydan faydalana bilərsən. Bir neçə dilim zəncəfil, 1 ç.q. sarıkök, 1 dilim limon və 2-3 stəkan isti su götürülür. Təxminən 7-8 dəqiqə dəmə qoyulur və içilir.
Yovşanlı çay
Qış mövsümü üçün ideal bir çaydır. 1 ovuc çobanyastığı, 1 ovuc yovşan, 1 ovuc itburnu, 3 stəkan isti su ilə dəmlənir. 10 dəqiqə sonra 1 ç.q. bal əlavə edilərək içilir.
Qarağat çayı
2 yemək qaşığı quru qarağat, 1 darçın çubuğu, 2 ədəd hil, 2 ədəd mixək, 2 stəkan isti su ilə dəmə qoyulur. 7-8 dəqiqəyə hazır olur.
Adaçayı
1 ç.q. adaçayı, 1 ədəd limon, 1 dilim zəncəfil, 1 fincandan bir az artıq su ilə dəmlənir. 5 dəqiqə sonra da içmək olar.
Almalı, sarıköklü çayı
Soyuqdəyməni və qripi aradan götürmək üçün ideal çaydır. 1 ədəd alma, 1 ədəd darçın çubuğu, 1 ç.q. sarıkök, 2 incə dilim zəncəfil, 1 ç.q. qırmızı istiot, 2 ədəd üyüdülməmiş qara istiot, 1 ç.q. yaşıl çay, kəsilməmiş yarım limon, bir qazanda 1 litr suda qaynadılır və qaynadıldıqdan sonra süzülür. İçərkən fincana yarım çay qaşığı da bal əlavə etmək olar.