n2006

n2006 Sağlamlıq 17-02-2023, 07:30

Uşaqların boy və çəkiləri bir-biri ilə mütənasib olmalıdır

Uşaqların boy və çəkiləri bir-biri ilə mütənasib olmalıdır
“Boyun uzanması uşaq və yeniyetməlik dövrünün problemidir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə bildirib.


"Sümüklərdə yerləşən və “böyümə zonaları” adını verdiyimiz qığırdaq toxumasındakı hüceyrələrin müxtəlif amillərin təsiri ilə (xüsusilə boy hormonu, qalxanvari vəzi hormonları və cinsiyyət hormonlarının) bölünüb çoxalması nəticəsində uzununa böyümə baş verir. Təbii ki, genetik xüsusiyyətlər, qidalanma, sosial-ekonomik status, ətraf mühit və digər amillər də boyun uzanmasına təsir göstərir. Yaş ötdükcə böyümə zonaları tədricən sümükləşir və cinsi inkişaf dövrünün sonunda tamamilə bağlanır.

Uşaqların boy və çəkiləri bir-biri ilə mütənasib olmalıdır. Bu nisbəti müəyyən etmək üçün qəbulolunmuş normativ cədvəllər mövcuddur. Pediatr müayinəsində bu cədvələ əsasən inkişaf xətti izlənir. Belə cədvəllər aşkar patologiyaları müəyyən etməyə imkan verir, daha dəqiq təhlil üçün həkim xüsusi düsturlardan istifadə edərək əlavə göstəriciləri hesablayır”,-deyə o bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
357 361 343 358 312 367

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.