Ulya

Ulya Müxtəlif 28-07-2017, 03:29

Sevgilərin böyüklüyü bəlkə elə aralarındakı uzaqlıqdır

Sevgilərin böyüklüyü bəlkə elə aralarındakı uzaqlıqdır
Sevgilərin böyüklüyü bəlkə elə aralarındakı uzaqlıqdır

Səmanın üzünü ağ buludlar alanda qəribə bir ürpərti yaradır dənizin dalğasında. Necə də qəribədir.
Yox elə bəlkə də hər şey belə olmalıdır. Bir tərəfdə dəniz, digər tərfdə səma. Baxış bucağının ən son nöqtəsində qovuşmalıdır iki sevgili. Birləşməlidir yerlə göy.
Niyə qəribə olsun ki?
Sevgilərinin böyüklüyü bəlkə elə aralarındakı uzaqlıq; qovuşmalarının mümkünsüzlüyü qədərdir.
Bəs buludlara nə deməli? Onlar hardan gəlib hara gedir?
Buludlar..

Buludlar da bu sevginin meyvəsidi. Səmayla dəniz eşqinin bir oyunudu. Səma öz günəşindən istifadə edib dənizdən kiçicik hissəciklər qoparır. Həsrət qoxulu hissəciklər. Doyunca yanında saxlayır. Sonra geri qaytarır. Bəzən yağış adıyla; bəzən qar.



Dalğanır dəniz, gəzişir üzərində gəmilər, onlarda dalğalandırır fərqli rəngdə bayraqlar. Hər dəniz neçə bayrağa məxsus ki? Hər dəniz neçə gəmilik ki?
Gəmilər gözəldir, dənizin ən gözəl yerlərinə aparar. Amma bəzən dəniz üsyan edər. İcazə verməz o gəmilərin sağ çıxmağına. Bəlkə əsəbləşər bayraqlarına, bəlkə içindəki dənizi çirkləndirən insanlarına.



Bəzən heç dəniz cəza verməz. Səma qəzəblənər dənizin başına açılan oyuna. Cuşa gələr, hirslənər, qəzəblənər, bağırar.
Bağırar, özü də elə bağırar ki, yer yerindən oynar. Nara çəkər sanki. Göy guruldayar. Sonra ya tufanla ya leysanla məhv edər gəmini. Alar qisasını.
Qurunun yanında yaş da yanar.
Neçə günahız insan o gəmidə batar, boğular...


Gəmiləri sevən bir qız düşün. Səyahəti sevən. Dənizi sevən. Minmiş olsun bir dəfə böyük bir gəmiyə. "Bir dəfə" yox. "Sonuncu dəfə".
Və o gün yenə səma qəzəblənmişdi gəmidəkilərə. Batırmışdı gəmini dənizin ən diminə. Bir şimşəklik iz də qoymuşdu üzərinə; ən dərinlərində ondan bir yadigar qalsın dənizin.

Bu qız da ölmüşdü orda. Boğularaq. Oysa ki çox istəyirdi getsin başqa bir ölkəyə. Səhraya. Ora. Ordakı insanların yanına. Uzaqlara.
Biz də eləyik zatən. Hər kəs helədir. Bilməzliklər ya çox qorxuludur ya da çox cəzbedici. Ya nifrət edərik; ya da aşiq olarıq bilmədiklərimizə. Bilə bilmədiklərimizə.Sevgilərin böyüklüyü bəlkə elə aralarındakı uzaqlıqdır..




Redaktə etdi: Lola

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
644 637 653 624 685 645

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.