n2006

n2006 Sağlamlıq 17-02-2023, 15:30

Nə üçün 1 yaşına qədər uşaqlara bal vermək olmaz?

Nə üçün 1 yaşına qədər uşaqlara bal vermək olmaz?
Pediatrlar 1 yaşına qədər olan uşaqlara bal verməyi qəti şəkildə tövsiyə etmirlər.

Məsələ burasındadır ki, balda çikroskopik miqdarda olsa da Clostridium botulinum bakteriyasının sporları ola bilər. Bu bakteriya botulizmin inkişafına səbəb ola bilər. Çox ağır xəstəlik olan botulizm nəfəsalmanın çətinləşməsi, iflic və hətta ölümə gətirib çıxarda bilər.


LoadinG.az xəbər verir ki, daha böyük yaşda uşaqların və böyüklərin orqanizminə baldan düşən sporlar orqanizm tərəfindən zərərsizləşdirir və onların sonrakı inkişafının qarşısı alınır. Lakin 1 yaşına qədər olan uşaqların immun sistemi hələ çox zəif olur ki, onların orqanizminə düşən sporlar inkişaf edə və çoxala bilər. Bu isə botulizmin inkişafına səbəb olacaq.

Bəzi mütəxəssislər hətta 3 yaşına qədər olan uşaqlara bal verməyi tövsiyə etmirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
291 314 292 276 312 253

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.