n2006

n2006 Sağlamlıq 19-02-2023, 08:30

Heç vaxt gözlərinizi ovxalamayın! Ciddi göz problemlərinə səbəb olur

Heç vaxt gözlərinizi ovxalamayın! Ciddi göz problemlərinə səbəb olur
Oftalmoloqlar gözləri ovxalamağı göz sağlamlığı üçün çox ziyanlı hesab edirlər. Bunun nəticəsində buynuzlu qişa zədələnə, cızıla bilər ki, gözdə iltihab yarana bilər.

Bundan əlavə gözlərini tez-tez ovxalayan insanlarda keratokonus inkişaf edə bilər. Keratokonus zamanı buynuzlu qişa sürtülür, nazilir və konusvari forma alır. Bu isə görmənin ciddi pozulmasına gətirib çıxardır ki, onu bir çox hallarda eynəklərin köməyi ilə korrektə etmək mümkün deyil. Müalicə olunmadığı halda keratokonus korluğa səbəb ola bilər.


LoaDinG.Az bildirir ki, gözləri ovxalamaq vərdişi həm də gözətrafı dərisinin tez qocalmasına və qırışların əmələ gəlməsinə səbəb olur.

Gözünüzə yad cisim (toz, kirpik və s.) düşübsə süni göz yaşı damcıları və ya adi qaynanmış suyun köməyi ilə gözünüzü yuyun.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
316 377 316 331 311 288

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.