V_L

V_L Mətbəx 28-07-2017, 10:35

Südlü mərcimək şorbasının HAZIRLANMA QAYDASI

Südlü mərcimək şorbasının HAZIRLANMA QAYDASI
Südlü mərcimək şorbasının HAZIRLANMA QAYDASI


Süfrələrdə ləzzətlə yediyimiz şorbalar arasında mərcimək şorbasının öz yeri var. Mərciməyin yaşıl, qırmızı növlərindən bir neçə cür yeməyin hazırlanmasında istifadə olunur.

Loading.az fərqli reseptlə - südlü mərcimək şorbasının hazırlanma qaydası ilə tanış edir. Südlü mərcimək həm sağlamlığa faydalıdır, həm də ləzzətlidir.

Ərzaqlar:

2 yemək qaşığı kərə yağı
2 yemək qaşığı duru yağ
1 ədəd baş soğan
2 yemək qaşığı un
1,5 stəkan qırmızı mərcimək
1 stəkan süd
1,5 l su
Duz

Hazırlanma qaydası:

Kərə yağı və duru yağ qazana əlavə edilərək qızdırılır. Sonra xırda doğranmış baş soğan qovrulur. Un əlavə edilərək rəngi tündləşənə qədər qovrulur və yuyulmuş mərciməklər əlavə edilir. Bir az qarışdırdıqdan sonra üzərinə su tökülür. Qazanın qapağı bağlanaraq bişirilir. Mərciməklər bişdikdən sonra şorba blendrdan keçirilir. Süd və duz əlavə edilərək 4-5 dəqiqə də vam odda qaynadıldıqdan sonra ocaqdan götürülür.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
739 621 661 570 651 647

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.