n2006

n2006 Sağlamlıq 23-02-2023, 07:00

Tez-tez isti çay və ya qəhvə içmək nə üçün ziyandır?

Tez-tez isti çay və ya qəhvə içmək nə üçün ziyandır?
Müntəzəm olaraq isti çay və ya qəhvə içmək yemək borusu xərçəngi riskini artırır.

LoaDinG.Az “The National News”a istinadən xəbər verir ki, Kembric Universitetində bu yaxınlarda aparılan araşdırmalar göstərib ki, isti içkilərdən istifadə insanın özofagus xərçənginə tutulma riskini demək olar ki, üç dəfə artırır.


Tədqiqatçılar İngiltərədə 500.000-ə yaxın insanın sağlamlıq qeydlərini təhlil edərək daha çox qəhvə içən insanlarda xərçəng riskinin artdığını aşkar ediblər.

Alimlər qəhvə və çay istehlak edənlərin isti içki içməyənlərə nisbətən 2,8 dəfə daha yüksək riskə malik olduğunu müəyyənləşdiriblər.

Bundan əlavə, isti qəhvə içənlərin 5,5, ilıq qəhvə içənlərin isə 2,7 dəfə daha çox risk altında olduğu söylənilib.

Alimlərin fikirlərinə görə, isti içkilər hüceyrələrin daim yenilənməsinə səbəb olur və bu da hüceyrələri xərçəngə çevirə bilir.

Memorial Sloan Kettering Xərçəng Mərkəzinin onkoloq və qastroenteroloqu Smita Coşi hər kəsə qəhvə və ya çay içərkən onun bir neçə saniyə ərzində soyumasını gözləməyi tövsiyə edir.

Qeyd edək ki, tədqiqat üçün sorğuda bir insanın nə qədər qəhvə içdiyinə dair məlumatlar yer almır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
293 322 324 328 292 306

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.