n2006

n2006 Dəri və saç 1-03-2023, 20:00

Saçlarınızın uzanmasını istəyirsinizsə bu maskalardan istifadə edin

Saçlarınızın uzanmasını istəyirsinizsə bu maskalardan istifadə edin
Saçların uzanmağını istəyirsinizsə A, B, C və E vitaminləri ilə zəngin olan qidalarla bəslənin. Xüsusilə də B və E vitaminlərindən ibarət olan ərzaqları yeməyə çalışın.

Uzun saçlara sahib olmağın ən yaxşı üsulu saçların rəngini dəyişdirməməkdir, saçlarınızı sabit bir rəngdə etməyə çalışın.


Saçlarınızı sarıya boyatmaqdan qaçın, sarı rəng saçları zəiflədərək uclarından qopmasına səbəb olur.

Saçlarınız kifayət qədər uzanmırsa istifadə etdiyiniz şampunu dəyişdirin və bitki mənşəli şampunlara yönəlin.

Saçların baxımlı bir şəkildə uzanması üçün su içmək ən az qidalanmaq qədər əhəmiyyətlidir. Saç köklərini və saç tellərini bəsləyən su gündəlik olaraq kifayət qədər içilməlidir.

Saçlarınızı mütəmadi olaraq yığmayın. Saç kökləri hava aldığı zaman saçınızın uzanması da sürətlənəcək.

Saç baxım yağlarıyla saç dərisinə masaj edin.

Evdə saç uzatmaq üçün 5 həftəlik maskaları təqdim edirik:

4 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı bal
1 çay qaşığı darçın

Hazırlanması və tətbiqi: Zeytun yağını qaba tökün və qızdırın. İlıq olduqda götürün. İçinə bal, darçın əlavə edərək qarışdırın. Əldə edilən qarışığı saç diblərinizə sürtün.
15 dəqiqədən sonra saçlarınızı şampunla yuyun. Həftədə 1 dəfə 5 həftə boyunca tətbiq edin.

Daha bir maskanı təqdim edirik:

Yarım xörək qaşığı çörək otu
Yarım xörək qaşığı küncüt
1 ədəd yumurta sarısı

Hazırlanması və tətbiqi: Çörək otunu və küncütü əlavə edin və qarışdırın. Qarışığa yumurta sarısını da əlavə etdikdən sonra bir dəfə daha qarışdırıb saç diblərinə sürtün. 15 dəqiqə gözləyin və saçlarınızı yuyun. Saçlarınızın sürətli şəkildə uzanmasını istəyirsinizsə bu maskanı həftədə 1 dəfə tətbiq edin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
483 475 448 448 450 475

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.