n2006

n2006 Sağlamlıq 1-03-2023, 12:30

Corabla yatmağın faydası var imiş...

Corabla yatmağın faydası var imiş...
Aparılan tədqiqatlara əsasən, gecə corabla yatmaq daha tez yuxuya getməyə və fasiləsiz yatmağa kömək edir.

LoaDinG.Az xəbər verir ki, bunu Belçikanın Liege Universiteti yuxu bölməsinin professoru Françisko Puertas deyib.


Məlumata görə, fasiləsiz yuxu üçün əl və ayaq damarları genişlənməlidir. ABŞ Milli Yuxu Fondu (NSF) vurğulayır ki, damarlar genişləndikdə istilik bütün bədənə daha yaxşı yayılır. Bu da insanı yuxuya hazırlayır və yuxuyagetmə müddətini qısaldır, lakin damarların genişlənməsi üçün gecə geyindiyimiz corabların rahat və geniş olması vacibdir.

Daxili xəstəliklər mütəxəssisi professor A.Karadağ da qeyd edib ki, gün ərzində köhnələn hüceyrələrimiz gecə özünübərpa mərhələsində olur və corabla yatmaq yuxu problemi yaşayanlar üçün faydalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
364 378 384 361 377 351

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.